AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Mikroplastik ilk dəfə bitki ekstraktlarının köməyi ilə sudan təmizlənib

08.05.2025 / Maraqlı məlumatlar

ABŞ-ın Tarlton Dövlət Universitetinin alimləri mikroplastiki sudan təmizləmək üçün yeni üsul ixtira ediblər. Bunun üçün bitki ekstraktlarından istifadə etmək tövsiyə olunub.

5 millimetrdən kiçik plastik hissəciklər olan mikroplastik ekosistemlərdə yayılır. Bu hissəciklər iri plastik tullantıların ətraf mühitə yayılmasından sonra parçalanma nəticəsində yaranır. Mikroplastiklər artıq dünya okeanlarında və buzlaqlarda aşkar edilib. Onlar nəinki ekosistemə ziyan vurur, həm də ona yapışan digər zərərli vasitələrlə daha da çirklənməyə səbəb olurlar.

Çirkab sularının ənənəvi təmizlənməsi üsulları özləri də ekosistem üçün toksikdir. Tədqiqatçılar isə zərərsiz, toksik olmayan təmizləmə metodlarına üstünlük veriblər. Təcrübələr zamanı müəyyən edilib ki, güldəfnə, bamya və tamarinda bitkilərindən alınan birləşmələr mikroplastik hissəciklərə yapışaraq çöküntü yaradır, nəticədə plastiklərin sudan ayrılması asanlaşır.

Alimlər doğranmış bamya qabıqlarını və güldəfnə toxumlarını ayrı qablarda gecədən suda saxlayıblar. Daha sonra həmin suda həll olunmuş ekstraktları toplayaraq qurudub toz halına salıblar. Analiz göstərib ki, bu toz halında olan ekstraktların tərkibində təbii polimerlər olan polisaxaridlər var.

Tədqiqatın nəticələrinə əsasən, bamya ekstraktı dəniz suyundan mikroplastiki 70 faiz effektivliklə təmizləyib, güldəfnə yeraltı sudan 80–90 faiz, hər iki ekstraktın qarışığı isə şirin sudan 77 faiz mikroplastik çıxarıb.

Bu təbii birləşmələr sənaye üsulu ilə hazırlanan süni təmizləyicilərdən daha effektiv olub. Onlar həm də bioloji parçalanır ki, bu da onları ekosistem üçün təhlükəsiz edir.

Qeyd edək ki, bundan əvvəl Aralıq dənizinin ən dərin nöqtəsi olan Kalipso çökəkliyində böyük miqdarda tullantı aşkar edilib. Bu tullantıların 90 faizini plastik məhsullar təşkil edib. Hər kvadratmetrdə 26 mindən çox tullantı aşkar olunub. Tullantılar ya dəniz cərəyanları ilə buraya gətirilib, ya da qayıqlardan atılıb.

azertag.az

 

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 23.05.2025
    ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 16.05.2025
    ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi