
“YouTube” video yükləmə problemini həll etməyə çalışır

"YouTube"a yeni məzmun yükləməkdə çətinlik çəkirsinizsə, tək deyilsiniz. "Google" həm videolar, həm də Shrots üçün yükləmələrlə bağlı davam edən problemin olduğunu təsdiqləyib.
Bu problem həm smartfondan, həm də kompüterdən endirərkən baş verir.
Qeyd edək ki, "YouTube" dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. 15 fevral 2005-ci ildə 3 köhnə "PayPal" işçisi tərəfindən qurulmuş və 2006-cı ilin oktyabrında "Google" tərəfindən satın alınıb.
"Tube" sözü Cathode Rals Tube; Televiziya tubiki - borusu (elektron şüa borusu) sözündən gəlmişdir. "Broadcast Yourself" - "Özünü Yayımla" şüarı ilə yola çıxıb.