AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni zəka çat-botlarından qısa cavab tələb olunduqda, onların yanlış məlumat təqdim etmə ehtimalı daha yüksək olur

12.05.2025 / Maraqlı məlumatlar
Süni zəkanın testdən keçirilməsi ilə məşğul olan Fransanın Giskard şirkətinin tədqiqatçıları belə qənaətə gəliblər ki, ChatGPT və digər süni zəka köməkçilərinin cavabları nə qədər qısa olarsa, yanlış məlumat təqdim etmə ehtimalı bir o qədər yüksək olur. “Qısa cavab ver” və ya “iki cümlə ilə izah et” kimi sorğular modelləri həqiqəti təhrif etməyə və qeyri-dəqiq cavablar verməyə vadar edir. Məlumata əsasən tədqiqat zamanı mütəxəssislər OpenAI GPT-4o, Mistral Large və Anthropic Claude 3.7 Sonnet də daxil olmaqla məşhur dil modellərinin davranışlarını təhlil ediblər və müəyyən ediblər ki, xüsusilə qeyri-müəyyən və mübahisəli mövzularda qısa cavab tələbi modellərin daha çox səhv məlumat vermələrinə səbəb olur.
“Məlumatlarımız göstərir ki, hətta təlimatlarda edilən sadə dəyişikliklər belə modellərin halüsinasiyaya meyilliliyinə ciddi təsir göstərir” - deyə Giskard şirkətindən bildirilib. Halüsinasiyalar hələ də generativ süni zəka sahəsində əsas həll olunmamış problemlərdən biri olaraq qalır. Hətta ehtimala əsaslanan qabaqcıl modellər belə mövcud olmayan faktlar uydura bilirlər. Tədqiqat müəlliflərinin sözlərinə görə, məntiqə əsaslanan cavablar verməyə yönəlmiş yeni nəsil modellər, məsələn OpenAI-in o3 modeli, bəzən əvvəlki versiyalara nisbətən daha tez-tez halüsinasiyaya meylli olurlar ki, bu da cavabların etibarlılığına mənfi təsir göstərir. Bildirilir ki, səhvlərə meyilliliyin əsas səbəblərindən biri izah üçün məhdud yerin olmasıdır.
Modeldən qısa cavab istənildikdə, o, mövzunu tam şəkildə izah edə və sorğuda yer alan yanlış fərziyyələri təkzib edə bilmir. Halbuki bu məqam kod yazan tərtibatçılar üçün xüsusilə vacibdir, çünki “qısa ol” kimi təlimat ehtiva edən prompt cavabın keyfiyyətinə zərər vura bilər. Bundan əlavə, müşahidə olunub ki, əgər mübahisəli iddialar inamlı şəkildə ifadə olunarsa, modellər onları daha az təkzib edir. Həmçinin məlum olub ki, istifadəçilər tərəfindən ünsiyyət üçün daha rahat və xoş qiymətləndirilən süni zəka modelləri həmişə yüksək dəqiqliklə seçilmir. Giskard mütəxəssisləri süni zəka üçün təlimatların daha diqqətlə seçilməsini və cavab uzunluğuna sərt məhdudiyyətlər qoymaqdan qaçmağı tövsiyə edirlər. “Zərərsiz görünən ‘qısa ol’ kimi göstərişlər məlumatın keyfiyyətini gözəgörünməz şəkildə azalda bilər” - deyə onlar xəbərdarlıq edirlər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi