AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Çində dronlar vasitəsilə hava şəraitinin dəyişdirilməsi təcrübəsi keçirilib

12.05.2025 / Maraqlı məlumatlar

Çinli alimlər quraqlıqla mübarizə aparmaq məqsədilə Sincanda hava şəraitinə nəzarətlə bağlı təcrübə keçiriblər. İki dron və 1 kq gümüş yodiddən istifadə etməklə 8000 km²-lik ərazidə yağıntı miqdarını 4%-dən çox artırmağa nail olublar. Bu, sutka ərzində əlavə olaraq 70 000 kubmetr su gətirib ki, bu da 2 metr dərinliyə malik 30 olimpiya hovuzunu doldurmaq üçün kifayətdir. Yeni dərc olunmuş tədqiqata görə, 2023-cü ilin iyulunda orta ölçülü iki dron 5500 metr yüksəklikdə uçaraq Bayanbulak otlaqları üzərində dörd uçuş zamanı buludların toxumlanması üçün geniş istifadə edilən gümüş yodid maddəsini səpiblər. Bu sarımtıl toz yanan çubuqlara yerləşdirilib və tüstü şəklində havaya yayılıb/

Alimlərin məlumatına görə, hər uçuşda 125 qramlıq iki belə çubuq istifadə olunub və püskürmə sürəti saniyədə 0.28 qram təşkil edib. Layihə çərçivəsində 24 avtomatlaşdırılmış yer stansiyası, peyklər və dron qrupları bir sistemdə birləşdirilib. Komanda belə suallar qarşısında qalıb: Əməliyyatın yağıntının artmasına, yoxsa azalmasına səbəb olduğunu necə dəqiq müəyyən etmək olar və suyun artımını və ya itirilməsini hansı göstəricilər əks etdirir? Sincan Havanın Dəyişdirilməsi İdarəsi ilə əməkdaşlıq çərçivəsində tədqiqatçılar əldə olunan nəticələrin təhlili üçün 3 yoxlama metodundan istifadə ediblər. Spektrometriya müdaxilədən sonra damcıların ölçüsünün 0.46 mm-dən 3.22 mm-ə qədər artdığını qeydə alıb.

Peyk şəkilləri isə göstərib ki, buludların yuxarı hissəsi 10 dərəcə Selsi soyuyub və buludların hündürlüyü təxminən 3 km artıb. Bu məlumatlar təcrübənin müsbət təsirini təsdiqləyir. Regionun 50 illik iqlim məlumatlarının statistik təhlili göstərdi ki, əlavə olaraq təxminən 78 200 kubmetr yağıntı düşüb ki, bu da adi göstəricidən 3.8% çoxdur. Superkompüter modelləşdirməsi isə bənzər nəticə verib: Yağıntının 73 800 kubmetr artdığı (4.3% artım) müəyyən edilib ki, bu da yer səviyyəsində aparılan müşahidələrlə yaxşı uyğunluq təşkil edir. Alimlər hesab edirlər ki, hava şəraitinə təsir bir çox şərtlərdən asılıdır və bu şərtlər kəskin şəkildə dəyişə bilər.

Onlar buludların toxumlanması ilə bağlı daha çox kompüter təcrübəsi aparmağı planlaşdırırlar - maddənin səpilmə vaxtı, hündürlüyü və miqdarı kimi amilləri dəyişərək, bu faktorların hər birinin yağış miqdarına necə təsir etdiyini anlamağa çalışacaqlar. Sincan bölgəsi, harada ki, Qobi və Takla-Makan səhraları yerləşir, artmaqda olan iqlim təhlükələri ilə üzləşir - buzlaqların sürətlə əriməsi və səhralaşma zonalarının genişlənməsi. Tyan-Şan buzlaqları, 25 milyon insanın su təchizatı üçün həyati əhəmiyyət daşıyır, hər il 2-3 km² buz itkisinə məruz qalır. Eyni zamanda, iqlim dəyişikliyi son onillikdə yağıntının 6.44 mm artmasına səbəb olub. Çin regionun təbii şəkildə yaşıllaşdırılması üçün meşə zolaqlarının yaradılması və günəş elektrik stansiyalarının tikintisi kimi geo-mühəndislik layihələrini inkişaf etdirir.
nmincom.gov.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi