AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Ekzoplanetlərdən birinin atmosferində su kəşf edilib

12.05.2025 / Maraqlı məlumatlar
James Webb kosmik teleskopunun köməyi ilə alimlər bizdən 244 işıq ili uzaqlığında yerləşən sub-Neptun sinfinə aid bir planet üzərində ətraflı tədqiqat aparıblar. Söhbət, TOI-421 b adlı planetdən gedir. Nəticədə TOI-421 b planetinin atmosferində su aşkar edilib. Sub-Neptun planetləri ilk dəfə təxminən 15 il əvvəl kəşf olunub, lakin bu tip planetlər haqqında hələ də çox az məlumat mövcuddur. Bu planetlərin atmosfer tərkibini onların ulduzundan gələn işığın atmosferdən keçməsi vasitəsilə öyrənmək mümkündür və bu işdə ən güclü vasitə Webb kosmik teleskopudur. Astronomlar ehtimal edirdilər ki, sub-Neptun planetləri karbon qazı, metan və ya su buxarından ibarət ola bilər, lakin bu molekulların ətraflı siqnallarının olmamasını sıx buludların bu siqnalları gizlətməsi ilə izah edirdilər.
Digər tərəfdən, bu planetlər fərqli tərkibə də malik ola bilər və məlum olub ki, TOI-421 b planetinin tərkibi həqiqətən də digərlərindən fərqlənir. Astronomlar temperaturunun təxminən 727 dərəcə Selsi olduğu hesab edilən TOI-421 b planetinin atmosfer tərkibi barədə geniş məlumat əldə edə biliblər. Məlum olub ki, bu ekzotik dünyanın atmosferində su buxarı, həmçinin karbonmonoksid (yəni, zəhərli qaz) və kükürd dioksidinin izləri mövcuddur. Eyni zamanda, astronomlar nə metan, nə də karbon qazının izlərini aşkar edə bilməyiblər. Alimlər həmçinin atmosferdə çoxlu miqdarda hidrogen olduğunu müəyyən ediblər.
Tədqiqatçılar bildirirlər ki, bu nəticələr sub-Neptun sinfinə aid planetlərin yaranması və təkamülü barədə mövcud nəzəriyyələrə meydan oxuyur. Belə ki, bu planetin atmosfer tərkibi əvvəlcədən gözləniləndən fərqli olub. Bu isə o deməkdir ki, TOI-421 b planetinin formalaşması və inkişafı, aşağı temperaturlu digər sub-Neptunlardan fərqli olub. Astronomları xüsusilə təəccübləndirən məqam atmosferdə çoxlu miqdarda hidrogenin olması olub, çünki planetin atmosferinin tərkibi onun mənsub olduğu ulduzun tərkibinə çox bənzəyir. Sadəcə olaraq, planetdə temperatur daha aşağıdır, amma qazların növləri eynidir. Bu yeni tədqiqat sub-Neptunların təkamülü barədə astronomların anlayışını yaxşılaşdırır və Günəş sistemində niyə bu cür planetlərin olmadığını anlamağa bir addım daha yaxınlaşdırır.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi