AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Windows 10-da Office tətbiqləri 2028-ci ilədək dəstəklənəcək

14.05.2025 / Maraqlı məlumatlar
Yanvar ayında Microsoft elan etmişdi ki, Windows 10 üçün Microsoft 365 tətbiqlərinin dəstəyi 14 oktyabrda - əməliyyat sisteminin rəsmi dəstəyi başa çatdığı gün dayandırılacaq. Lakin şirkət bu qərarından daşınıb və artıq Windows 10 üçün Office tətbiqlərinə daha 3 il ərzində yeniləmələr təqdim ediləcəyini vəd edib. “Windows 11-ə keçid zamanı istifadəçilərin təhlükəsizliyini qorumaq məqsədilə, Microsoft Windows 10-da Microsoft 365 tətbiqləri üçün təhlükəsizlik yeniləmələrini Windows 10-un dəstəyi bitdikdən sonra da 3 il ərzində təqdim etməyə davam edəcək. Bu yeniləmələr standart yeniləmə kanalları vasitəsilə yayımlanacaq və 10 oktyabr 2028-ci ildə başa çatacaq” - deyə Microsoft-un rəsmi dəstək saytında yenilənmiş bölmədə qeyd olunub.
Microsoft bu 3 illik dəstək uzadılması barədə səs-küysüz şəkildə, aprel ayının sonunda administratorlar üçün nəzərdə tutulmuş sənəddə məlumat verib. Şirkət təsdiqləyib ki, Microsoft 365 tətbiqləri əvvəlki kimi işləməyə davam edəcək, lakin Windows 11-ə keçid yenə də vacibdir, çünki zamanla performans və etibarlılıqla bağlı problemlər yarana bilər. Halbuki yanvar ayında şirkətin ritorikası tamamilə fərqli idi. Microsoft-un saytında belə deyilirdi: “Microsoft 365 tətbiqlərindən istifadə etmək üçün cihazınızı Windows 11-ə yeniləməlisiniz”.
Microsoft həm fərdi istifadəçiləri, həm də korporativ müştəriləri Windows 11-ə keçməyə təşviq edir, çünki Windows 10-un dəstəyi 14 oktyabr 2025-ci ildə sona çatacaq. Yanvar ayında keçirilmiş CES 2025 sərgisində şirkət 2025-ci ili “Windows 11 ilə PC yeniləmə ili” elan etmişdi, baxmayaraq ki, Windows 11 hələ də məşhurluq baxımından Windows 10-dan geri qalır. Windows 10 istifadəçilərinə tam ekran bildirişlər göstərilərək yeni kompüter almağın vacibliyi xatırladılır. Yeni cihaz almaq istəməyən istifadəçilər isə illik 30$ ödəməklə genişləndirilmiş dəstək abunəliyi əldə edə bilərlər. Şirkətlər üçün isə 3 ilədək əlavə yeniləmələr almaq imkanı olacaq.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi