AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Bütün canlı orqanizmlərin zəif işıq saçdıqları sübut edilib

19.05.2025 / Maraqlı məlumatlar
Mövcud olan mübahisəli bir nəzəriyyəyə görə, bütün canlı varlıqlar zəif işıq saçır. Kalqari Universitetindən olan alimlərin son araşdırması göstərib ki, siçanlar doğrudan da ölüm anına qədər fotonlar yayır və bu şüalanma həyat prosesləri dayandıqdan sonra dayanır. Bundan əlavə, alimlər müəyyən ediblər ki, bitkilər də işıq saçır və bu işığın intensivliyi zədələnmə halında artır. Tədqiqatçılar belə bir təcrübə aparıblar. 4 hərəkətsiz siçanı qaranlıqda, evtanaziyadan əvvəl və sonra görüntüləyiblər. Temperaturun nəticələrə təsirini istisna etmək üçün, heyvanlar öləndən sonra isti şəraitdə saxlanılıb. Xüsusi çəkiliş texnologiyası vasitəsilə alimlər görünən işıq diapazonunda ayrılıqda fotonları müşahidə edə biliblər.
Bu biofotonlar siçanlar öldükdən sonra ilk 1 saat ərzində tədricən yox olub. Fotonlar heyvanların bədənindən - daxili orqanlardan, baş və pəncələrdən yayılıb. Bu hadisə “çox zəif foton şüalanması” (UPE) adlanır. Ehtimal olunur ki, bu fenomen hüceyrə aktivliyi və ölüm sonrası tədricən sönən bioloji proseslərlə əlaqəlidir. Alimlərin sözlərinə görə, bu, açıq şəkildə göstərir ki, bu şüalanma həyatla bağlıdır. Daha sonra tədqiqatçılar həyatın başqa bir forması - bitkilərlə təcrübə aparıblar. Onlar vəzəri və cırtdan çətir palma bitkilərini zədələyib və üzərlərinə benzokain adlı ağrıkəsici kimyəvi maddə tətbiq ediblər. Təcrübə göstərib ki, bu parıltı ehtimal ki, aktiv oksigen formaları ilə əlaqədardır. Stress zamanı onların istehsalı kəskin artır.
     
Zədələnmiş yarpaq hissələri sağlam hissələrə nisbətən daha parlaq işıq saçıb. Kalqari alimləri hesab edirlər ki, bədənin işıq saçması sağalma prosesinin bir hissəsi ola bilər. Bu, tibbi diaqnostika sahəsində yeni perspektivlər açır. Gələcəkdə biofotonların səviyyəsinin - istər kifayət qədər olmaması, istərsə də həddindən artıq olması - təhlili həkimlərə toxuma zədələnmələrini, o cümlədən Altsheymer xəstəliyini daha dəqiq müəyyən etməyə kömək edə bilər. Araşdırmada iştirak etməyən bir bioloq isə bildirib ki, ölüm sonrası işığın itməsi “toxumalara oksigenin daxilolmasının dayanması” ilə bağlıdır. Əgər ölü beyinlə olan bir heyvanın bədənində və ya tək bir orqanda qan dövranı süni şəkildə saxlanılarsa, hüceyrələr biofoton istehsalını davam etdirə bilər.
technote.az
Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi