AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İnsan beyninin sirli dünyası: Şüur harada yaranır?

16.05.2025 / Maraqlı məlumatlar

Elm adamları uzun müddətdir şüurun necə və beynin hansı hissəsində əmələ gəldiyini anlamağa çalışırlar. Hazırda məsələ ilə bağlı 30-a yaxın nəzəriyyənin olduğu bildirilir.

Bunların arasında ən populyarı “Qlobal İş Sahəsi” (GWT) və “İnteqrasiya edilmiş İnformasiya” nəzəriyyələridir (IIT).

Birincisi, şüurun beynin ön hissəsində olduğunu və buradan məlumatlar bütün beyinə yayıldığı zaman yarandığını iddia edir. IIT isə beyindəki məlumatların son dərəcə inteqrasiya olunmuş və vahid formada olduğunu və şüurun bu şəkildə formalaşdığını bildirir.

Nəticələri “Nature” jurnalında dərc edilən araşdırmada elm adamları hansının etibarlı olduğunu öyrənmək üçün bu iki nəzəriyyəni sınaqdan keçiriblər. Nəticələr hər ikisinin qeyri-kafi olduğunu göstərir.

Maks Plank İnstitutundan doktor Lusiya Melloni və həmkarları ABŞ, Avropa və Çindəki 12 laboratoriyada 256 nəfərə müxtəlif şəkillər göstərərək, onların beyinlərində elektrik və maqnit aktivliyini və qan axınını ölçüblər.

İştirakçıların şüurlu şüurunu ölçmək üçün onlara müxtəlif üzlər, əşyalar və simvollar göstərilib. İştirakçılar ekranda müəyyən görüntülər görünəndə düyməni basıblar. Komanda üç fərqli üsuldan istifadə edərək iştirakçıların beyinlərini izləyiblər.

Əldə edilən məlumatlar şüurun beynin təfəkkürlə əlaqəli frontal hissəsində yox, görmə və eşitmə ilə əlaqəli hissələrini əhatə edən posterior korteksdə yarandığını göstərir.

Tədqiqat beynin arxa hissəsindəki neyronlarla ön hissələr arasında önəmli əlaqələri üzə çıxarıb, bu, şüurun əsas mərkəzinin posterior korteksdə olduğu fikrini dəstəkləyir.

Tədqiqat həmçinin IIT-nin təklif etdiyi kimi, şüurun beynin müxtəlif hissələri arasında qarşılıqlı əlaqənin nəticəsi olduğu fikrini dəstəkləmək üçün güclü dəlil tapmayıb.

Məqalənin aparıcı müəlliflərindən biri Kristof Kox deyir:

“Burada sübut mütləq posterior korteksin lehinədir. Frontal loblarda (beynin ön hissəsi) şüur təcrübəsi ilə bağlı məlumatlar ya yoxdur, ya da posterior kortekslə (beynin arxa hissəsi) ilə müqayiəsədə daha az idi. Bu, frontal lobların intellekt, mühakimə və düşünmə üçün kritik olmasına baxmayaraq, görmə və ya vizual qavrayış kimi aspektlərdə kritik rol oynamadığı fikrini dəstəkləyir”.

Tədqiqatçılar söyləyirlər ki, yeni tədqiqat koma və ya vegetativ vəziyyətdə olan xəstələr üçün də vacibdir. Bu vəziyyətdə olan xəstələr bir neçə gün ərzində reaksiya vermədikdə, huşunu tamamilə itirdikləri və həyat dəstəyinin kəsildiyi güman olunur. Ancaq keçən il aparılan bir araşdırma bu müddətdə reaksiya verməyən hər dörd xəstədən birinin şüurlu ola biləcəyini üzə çıxarıb.

Bu araşdırmaya istinad edən Kox əlavə edir: “Şüurun beyindəki əsaslarını bilmək bizə siqnal vermədən “orada olmanın” gizli formasını daha yaxşı öyrənməyə imkan verir”.

teleqraf.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi