
Dissertasiya işinin müdafiəsi keçirilib
16.05.2025 / Dissertasiya şurasının iclasları
16 may 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun nəzdindəki ED 1.20 Dissertasiya şurasının iclasında Kəmalə Kamil qızı Həşimovanın 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə “İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda texnika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirilib. Sonda Dissertasiya şurasının qərarı ilə dissertasiya işinə müsbət rəy verilib.


