AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

ABŞ-da poladdan daha üstün supertaxta material hazırlanıb

20.05.2025 / Maraqlı məlumatlar
ABŞ alimləri “supertaxta” adlandırılan və bir sıra xüsusiyyətlərinə görə poladdan üstün olan təbii material hazırlayıb və onu istehsal mərhələsinə qədər çatdırıblar. Bu materialdan Elon Musk-ın sevdiyi polad kosmik gəmilərini hazırlamaq, yəqin ki, mümkün deyil, lakin tikinti sahəsində bu yüksək möhkəmliyə malik taxta ənənəvi polad və betonu əvəz edə bilər. Yeni ekoloji cəhətdən təmiz material ABŞ-ın Merilend Universitetində yaradılıb. Bu layihə üzərindəki iş əsasən 2018-ci ildə başa çatıb və patentlə qorunub. Universitet laboratoriyalarında hazırlanmış supertaxta ilkin materialdan 12 dəfə möhkəm, 10 dəfə sərt olub.
 
     
Möhkəmlik və çəki nisbətinə görə isə poladdan 10 dəfə üstün çıxıb. Təkmilləşdirilmiş taxtanın istehsal texnologiyası InventWood şirkəti tərəfindən lisenziyalaşdırılıb və bu şirkət yeni tikinti məhsullarının buraxılması üçün ABŞ-ın bir ştatında zavod inşa edib. İlk mərhələdə bu, üzlük materialı kimi istifadə olunacaq, lakin istehsalçılar gələcəkdə supertaxtanın ümumilikdə tikinti sahəsində geniş tətbiqinə ümid edirlər. Təkmilləşdirilmiş taxtanın istehsalında ekoloji cəhətdən təmiz materiallardan, o cümlədən sirr saxlanılan bir qida əlavəsindən istifadə olunur. Bu maddə ilə taxta hopdurulur, sonra isə sıxılmaya məruz qalır.
Bu proses materialdakı hidrogen rabitələrini gücləndirir. Nəticədə, sellülozanın təbii lifləri möhkəmlənir və material daha davamlı, yanmaya qarşı dayanıqlı və çürüməyə qarşı müqavimətli olur. Təkmilləşdirilmiş taxtanın bazara tədarükünə 2025-ci ilin sonunadək başlanacağı gözlənilir. ABŞ-da bu yeni materialın yayılması ilə, görünür ki, tərəfdaşlıq müqaviləsi imzalanmış Intectural şirkəti məşğul olacaq. Hazırda polad və beton istehsalı zamanı atmosferə xüsusilə çox parnik qazları buraxılır. Əgər supertaxta tikinti sahəsində ən azından bir hissə ənənəvi materialları əvəz edə bilsə, bu artıq özü-özlüyündə böyük bir uğur sayılacaq.
technote.az
Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi