AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Perseverance aparatı Marsda ilk dəfə qütb parıltısını müşahidə edib

20.05.2025 / Maraqlı məlumatlar
Qütb parıltıları kosmik hava şəraitinin təzahürlərindən biridir və onun aktivliyini izləməyin yollarından sayılır. Günəşdən atılan plazma planetlərə çataraq onların atmosferlərinin yuxarı qatlarındakı qaz atomları ilə qarşılıqlı təsirə girir. Yer planetində maqnit sahəsi yüklü hissəcikləri qütblərə yönəldir və bu da qütb bölgələrində rəngarəng səmavi işıqlanmalara səbəb olur. Marsda isə qlobal maqnit sahəsi olmadığı üçün qütb parıltıları bütün planet boyunca müşahidə oluna bilər. Bunu ilk dəfə NASA-nın Marsa göndərmiş olduğu aparatlar təsdiqləyiblər. Təxminən 1 il əvvəl Günəş 11 illik fəaliyyət dövrlərindən birinin zirvə nöqtəsinə çatdı. Bu, səthindəki alışmaların tezliyi və intensivliyinin artması ilə müşayiət olunub.
Əgər şərait uyğun olarsa, bu alışmalar zamanı Günəşdən planetlər istiqamətində tac kütlə atılması (TKA) deyilən hadisə baş verə bilər. Yəni yüklü hissəciklərdən ibarət plazma axını fəzaya atılır. Bu hissəciklər planetlərin atmosferlərinə çatdıqda, onların yuxarı qatlarında işıq saçmağa səbəb olurlar. Yer üzündə bu, adətən oksigen atomları ilə qarşılıqlı təsirdə yaranan yaşılımtıl parıltı şəklində görünür. Marsda qütb parıltılarını planetin səthindən görünən işıqda müşahidə etmək hələ heç vaxt mümkün olmayıb. Daha əvvəl bu hadisələr yalnız xüsusi cihazlar vasitəsilə, məsələn, ultrabənövşəyi diapazonda fəaliyyət göstərən MAVEN orbit stansiyası ilə qeydə alınmışdı. Bu dəfə alimlər Günəşdən Mars istiqamətində tac kütlə atılmasını izləməyi və bu hadisə zamanı qütb parıltısını Perseverance aparatının SuperCam spektrometri və Mastcam-Z kamerası ilə qeydə almağa çalışıblar.
Əlverişli an 2024-cü il martın 15-də baş verdi. NASA-nın kosmik hava xidməti Mars istiqamətində plazma buludunun atıldığını bildirdi və Perseverance müşahidəyə hazırlandı. Yüklü hissəciklər Marsa çatdıqda - bu, orbit stansiyalarından alınan məlumatlarla təsdiqləndi - səma yaşılımtıl parıltı ilə işıqlandı, Yer planetində olduğu kimi. Perseverance kameraları bu hadisəni qeydə aldı, spektrometr isə şüalanmanın dalğa uzunluğunu - 557.7 nanometr - təsdiqlədi. Gələcəkdə Marsa köçəcək kolonistlər üçün bu, Yer planetini xatırladan tanış çalarları görmək baxımından xoş olacaq, çünki qütb parıltısı Yerdə də eyni rəngdə görünür. Marsda görünən işıqda qütb parıltısının müşahidəsi alimlərə yüklü hissəciklərin planet atmosferi ilə qarşılıqlı təsirini öyrənmək üçün əlavə imkan verdi və yeni məlumatlar elmi tədqiqatlarda heç vaxt artıq olmur.
technote.az
Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi