AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

NASA-nın elmi kompleksində 26 növ yeni mikrob aşkar edilib

20.05.2025 / Maraqlı məlumatlar
NASA-nın 2007-ci ildə Phoenix Mars endirici modulunun buraxılışına hazırlıq üçün istifadə etdiyi və mikrobların miqdarına dair ciddi tələblərlə inşa olunmuş "təmiz otaqlar" əslində elə də təmiz deyilmiş. Alimlər həmin mühitdə daha əvvəl məlum olmayan 26 bakteriya növü aşkar ediblər. NASA-nın Cənubi Kaliforniyada yerləşən Reaktiv Hərəkət Laboratoriyası (JPL), Hindistan və Səudiyyə Ərəbistanından olan tədqiqatçıların birgə apardığı araşdırmada qeyd olunub ki, bəzi mikroorqanizmlər - ekstremofillər adlanan növlər - ətraf mühitin əlverişsiz şərtlərinə heyrətamiz davamlılıq göstərirlər. Bu, istər kosmosun vakuumu, istər dənizaltı vulkanların yamaclarındakı hidrotermal mənbələr, istərsə də NASA-nın təmiz otaqları olsun.
“Tədqiqatımızın məqsədi ekstremofillərin kosmik missiyalar zamanı ötürülmə riskini anlamaq və hansı mikroorqanizmlərin kosmosun sərt şəraitində sağ qala biləcəyini müəyyənləşdirməkdir” - deyə Səudiyyə Ərəbistanındakı Kral Abdullah Elm və Texnologiya Universitetinin (KAUST) tədqiqat qrupunun üzvü Alexandre Rosado bildirib. O vurğulayıb ki, bu məsələ tədqiq olunan planetlərin mikroblarla çirklənmə riskini izləmək və onu minimuma endirmək baxımından həlledici əhəmiyyət daşıyır. Alimlər, NASA-nın endirici modulun buraxılışdan əvvəl yerləşdiyi obyektində 53 ştamm aşkarlayıblar ki, onların da 26 yeni növə aid olduğu ehtimal olunur.
Hazırda onlar bu yeni ekstremofillərin genomlarını araşdıraraq onların qeyri-adi sağqalma qabiliyyətinin səbəblərini tapmağa çalışırlar. Alimlərin fikrincə, cavab DNT-nin bərpası, zərərli maddələrin detoksikasiyası və sürətli metabolizm ilə əlaqəli genlərdə gizlənə bilər. “Bu yaxınlarda aşkar edilmiş bakteriya növlərində müəyyən olunmuş genlər tibb, qida məhsullarının konservasiyası və digər sahələrdə tətbiq üçün uyğunlaşdırıla bilər” - deyə KAUST-un elmi əməkdaşı Junia Schultz bildirib. Gözlənilir ki, bu araşdırma NASA-ya gələcək missiyalarda bioloji çirklənmə riskini minimuma endirmək məqsədilə təmiz otaqlardan istifadə protokollarını təkmilləşdirməkdə kömək edəcək.
technote.az
Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi