AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Generativ süni zəka istehsal sahəsində insanların 80%-ni əvəz edə bilər

21.05.2025 / Maraqlı məlumatlar
Generativ süni zəka yeni nəsil zavodlarda istehsal işlərinin 80%-ni yerinə yetirə bilər, lakin qalan 20% tapşırıqlar üçün hələ də ixtisaslı mütəxəssislər - insanlar tələb olunacaq. Bu fikri Computex 2025 sərgisi çərçivəsində Taybeydə çıxış etmiş dünyanın ən böyük kontrakt elektronika istehsalçısı olan Foxconn şirkətinin sədri Young Liu səsləndirib. “Bu təcrübədən əvvəl düşünürdük ki, bəlkə də insanları, hər bir işçini əvəz edə bilərik. Amma məlum oldu ki, həmin 80%-dən sonrakı hissədə insanlar generativ süni zəkadan xeyli daha yaxşı nəticə göstərirlər” - deyə Liu qeyd edib.
 
Şirkət istehsalat prosesinin modelləşdirilməsini aparıb və 3 təcrübənin nəticəsinə əsasən müəyyən edib ki, süni zəka agentləri defektlərin aradan qaldırılması, avadanlıqların sazlanması kimi sahələrdə ekspert biliklərini toplaya bilir və ümumi tapşırıqların təxminən 80%-ni yerinə yetirə bilir. Lakin bu səviyyəyə çatdıqdan sonra öyrənmə əyrisi sabitləşir və qalan 20% tapşırıq hələ də ixtisaslı işçilər və texniklər tərəfindən icra olunmalıdır. Gələcəkdə istehsalat prosesi əksər hallarda rəqəmsal modelləşdirmə və süni zəka ilə işləyən zavodlara əsaslanacaq.
 
Artıq bu gün Foxconn şirkəti NVIDIA Isaac platformasında yeni nəsil robotların yaradılması üzərində çalışır. Bu robotlar milyonlarla ssenaridə simulyasiya şəraitində təlim alır və bu da onların real mühitdə dərhal işləməyə başlamasına imkan verir. Young Liu qeyd edib ki, iqtisadiyyatını yenidən sənayeləşdirmək məqsədi qarşısına qoymuş inkişaf etmiş ölkələrdə süni zəka və robot texnologiyaları işçi qüvvəsinin çatışmazlığı problemini həll edə və miqrant əməyindən asılılığı azalda bilər. iPhone-un ən böyük yığma zavodu kimi tanınan Foxconn, gələcək inkişaf üçün aşağıdakı istiqamətləri müəyyən edib:
- Ağıllı elektromobillər,
- Ağıllı istehsalat,
- Ağıllı şəhərlər.
 
     
Son sahə üzrə şirkət artıq Tayvanın Kaosyunq şəhəri və Meksikanın Sonora əyaləti ilə əməkdaşlıq müqavilələri imzalayıb. Şirkət özünü süni zəka ilə işləyən istehsalatda uğurlu lider, ağıllı şəhərlər sahəsində isə gələcək lider kimi görür. Foxconn-un fikrincə, bu istiqamətlər böyük hesablama resursları tələb edən sahələr olacaq. Yeni zavodların inşası zamanı Foxconn və onun tərəfdaşları olan Quanta Computer, Wistron və GigaByte, NVIDIA Omniverse Digital Twin həllərini tətbiq edirlər. Bu texnologiyalar istehsalatın səmərəliliyinin artırılmasında da faydalı olur.
 
     
Quanta Computer-in vitse-prezidenti Mike Yang etiraf edib ki, Omniverse sayəsində şirkət zavodun tikintisi üçün tələb olunan xərcləri və vaxtı kəskin şəkildə azalda bilib. Foxconn-un ağıllı zavod və şəhər sistemləri NVIDIA Metropolis platforması üzərində qurulur. Bundan əlavə, Foxconn və NVIDIA, TSMC və Tayvan hakimiyyəti ilə birlikdə həyata keçiriləcək yeni layihəni də elan ediblər. Birgə səylərlə, onlar texnologiyaya yönəlmiş Tayvan adası üçün AI Factory adlı süni zəka superkompüteri inşa etməyi planlaşdırırlar. Bu superkompüterin tərkibində 10 000 ədəd NVIDIA Blackwell prosessoru olacaq və buraya yeni GB300 NVL 72 sistemi də daxildir. TSMC bu sistemi elmi-tədqiqat işlərini inkişaf etdirmək üçün istifadə etməyi planlaşdırır.
technote.az
 
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi