AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Astronomlar qrupu Marsın səthindəki zolaqların su axını ilə əlaqəli olmadığı qənaətinə gəlib

21.05.2025 / Maraqlı məlumatlar

1970-ci illərdə NASA-nın “Vikinq” kosmik gəmisi tərəfindən Yerə göndərilən şəkillər Marsın quraq mənzərələri boyunca uzanan bəzi qeyri-adi zolaqları aşkar etmişdi. Bundan sonra alimlər qrupu Qırmızı planetdə axan suyun olması versiyasını irəli sürmüşdü. Bəzən minlərlə fut uzunluğunda olan zolaqlar daha tünd olur, əsasən monoton, ətrafdakı təpələrlə ziddiyyət təşkil edirdi, sanki kimsə dağlıq qum parçasına nəhəng bir qabdan su tökmüş kimi görünürdü. Ancaq onilliklər sonra əldə edilən çoxlu sayda yeni məlumat həmin ehtimalın yanlış olduğunu göstərib.

 

“Reuters” xəbər verir ki, “Nature Communications” jurnalında dərc edilən yeni məqalədə astronomlar qrupu zolaqların axan su ilə heç bir əlaqəsi olmadığı qənaətinə gəlib. Alimlər indi Qırmızı planetini səthindəki zolaqların quraqlıq şəraitində formalaşması versiyasına üstünlük verirlər. Bu məsələdə Marsın qlobal xəritəsinin tərtibi mühüm rol oynayıb. Bern Universitetinin tədqiqatçısı Valentin Bikel deyib: “Biz bu qlobal xəritəyə sahib olduqdan sonra onu temperatur, küləyin sürəti, nəmlənmə, qaya sürüşməsi aktivliyi və digər amillər kimi məlumatlar bazası və kataloqları ilə müqayisə edə bildik. Sonra bu xüsusiyyətlərin əmələ gəldiyi şərtləri daha yaxşı başa düşmək üçün yüz minlərlə iş üzrə korrelyasiya axtarmalı olduq”.

 

Tədqiqatçılar bu zolaqların maye su və ya şaxta ilə əlaqəli digər amillərlə, məsələn, yamacın istiqaməti, səthin temperaturu və ya rütubət səviyyəsi ilə əlaqəli olmadığını aşkar ediblər. Məlumata görə, onlar zolaqların küləyin yüksək sürəti və çoxlu toz yığılması olan ərazilər nəticəsində əmələ gəlmə ehtimalının daha yüksək olduğu qənaətinə gəliblər. Astronomlar bildiriblər ki, həmin zolaqlar incə toz təbəqələrinin qəflətən dik yamaclardan aşağı sürüşməsi, meteoritlərin və Mars zəlzələlərinin yaratdığı şok dalğalar nəticəsində meydana gəlib. Başqa sözlə, müəyyən optimizmə baxmayaraq, Qırmızı planetin bu hissəsi yaşamaq üçün əlverişli yer deyil.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi