
ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçirilib
23.05.2025 / Dissertasiya şurasının iclasları
23 may 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdindəki ED 1.20 Dissertasiya şurasının iclası keçirilib.
İclasda Hidayətzadə Səyyarə Qismətəli qızının “Ceyranbatan su anbarinin ekoloji təhlükəsizliyinə nəzarət edən intellektual informasiya sisteminin işlənməsi” mövzusunda 1203.01 – “Kompüter elmləri” ixtisasında texnika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün və Paşayeva Sevinc Elman qızının “Direktiv sənəd bazasinda axtariş informasiya sisteminin işlənilməsi” mövzusunda 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisasında texnika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdikləri dissertasiya işlərinin müdafiəsinin təşkili haqqında (opponentlətin təsdiqi, avtoreferatın buraxılmasına icazə, avtoreferatın göndəriş siyahısının təsdiqi, müdafıə tarixi) müzakirələr aparılıb.


