
III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul üzrə test imtahanının nəticələri elan olunub
29.05.2025 / Maraqlı məlumatlar
Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbul üzrə test imtahanının nəticələri elan olunub.
1219 nəfərin iştirak etdiyi imtahanın nəticələrinə əsasən, 318 nəfər müsahibə mərhələsinə dəvət olunacaq. İştirakçılara nəticələrlə bağlı məlumat SMS vasitəsilə göndərilib.
29 may tarixindən etibarən “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçiriləcək müsahibələr haqqında ətraflı məlumat iştirakçılara əvvəlcədən təqdim olunacaq.


