AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda iştirak edib

02.06.2025 / Maraqlı məlumatlar

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev 29-30 May 2025-ci il tarixlərində Pakistanın İslamabad şəhərində keçirilən CAREC İnstitutunun 5-ci illik tədqiqat konfransında  (5th CAREC Institute Annual Research Conference) iştirak edib. Konfransın məqsədi bilik mübadiləsini və çoxtərəfli dialoqu inkişaf etdirməklə inteqrasiya olunmuş, innovativ və davamlı regional iqtisadiyyat üçün təsirli həllərin formalaşdırılması olub.

 

T.Babayev konfransın “Multimodal Logistics” seksiyasında Creation of National eLogistics Systems as the effective strategy for Digitalization of Multimodal Cargo Transportation in CAREC countries (“CAREC ölkələrində multimodal yük daşımalarının rəqəmsallaşdırılması üçün effektiv strategiya kimi milli elektron logistika sistemlərinin yaradılması”) mövzusunda təqdimatla çıxış edib.

 

Konfrans çərçivəsində CAREC institutunun direktoru Çarımuhammed Şalıyev, direktorun müavini Kuat Akiçanov və CAREC elm şöbəsinin müdiri  Gulam Samed ilə görüşlər keçirilib. Görüş çərçivəsində CAREC ilə İSİ arasında rəqəmsal nəqliyyat dəhlizlərinin və milli elektron logistika sistemlərinin yaradılması istiqamətində əməkdaşlıq haqqında danışıqlar aparılıb, əməkdaşlıq müqaviləsinin bağlanması barədə razılıq əldə edilib. Həmçinin Pakistanın Sargodha Universitetinin icraçı rektoru professor Qaysar Abbas və rektor müavinləri ilə görüşdə İSİ ilə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib,  əməkdaşlıq haqqında niyyət protokolu hazırlanıb.

 

Sözügedən konfrans aparıcı ekspertlərin, siyasətçilərin və tədqiqatçıların CAREC (Central Asia Regional Economic Cooperation) regionunda əlaqə və ticarətin asanlaşdırılması strategiyalarını yenidən nəzərdən keçirəcək düşünülmüş dəlillərə əsaslanan tövsiyələr hazırlamaq üçün əməkdaşlıq platforması rolunu oynayıb. Konfransda regional əlaqə və ticarətin asanlaşdırılması, yaşıl nəqliyyat və dəhliz inkişafı, səmərəli və dayanıqlı nəqliyyat sistemlərinin inkişafı, gömrük islahatları və səmərəlilik, gömrük proseslərinin sadələşdirilməsi üçün innovativ yanaşmalar, enerji keçidi və yaşıl investisiya, özəl sektorun işi və regional əməkdaşlıq, multimodal logistika  və digər istiqamətlər üzrə müzakirələr aparılıb.  

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi