
“Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı XII beynəlxalq konfrans keçiriləcək
03.06.2025 / Maraqlı məlumatlar
Hörmətli həmkarlar,
3-6 sentyabr 2025-ci il tairxlərində AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı XII beynəlxalq konfrans keçiriləcək.
Konfrans Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı, AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu, Türkiyənin Yıldız Texniki Universiteti və Özbəkistanın V.İ.Romanovski adına Riyaziyyat İnstitutunun tərəfdaşlığı ilə baş tutacaq.
Konfransın əsas məqsədi riyaziyyat və mexanika elminin müxtəlif sahələrində son illərdə alınmış elmi nəticələr haqda fikir mübadiləsi aparılması və gələcək elmi istiqamətlərin müzakirə edilməsidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:


