AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Robotlara "dəri" hazırlandı: Artıq insanlar kimi istini və təzyiqi hiss edə biləcəklər

03.06.2025 / Maraqlı məlumatlar

Gələcəyin robotları insana daha çox bənzəyir - xüsusilə də toxunma hissi baxımından. Honkonq Elm və Texnologiya Universitetinin mühəndisləri F3T adlı yeni bir sensor yaradaraq robotların istilik və təzyiqi bir-birindən ayırd edə bilməsini təmin ediblər.

Bu barədə "Engineering" portalında məlumat verilib.

Bildirilir ki, bu texnologiya robotların insana xas toxunma həssaslığına yaxınlaşmasında mühüm addım sayılır.

Adətən insan dərisi istiliklə təzyiqi asanlıqla fərqləndirə bilir. Robotlar üçün isə bu, hələ də ciddi çətinlikdir. Mövcud süni sensorlar çox zaman bu iki siqnalı bir-birindən ayırd edə bilmir. Bu da robotların zərif və dəqiq hərəkətlərini çətinləşdirir. Məsələn, isti bir obyekti sadəcə sıxmaqla qızdırmaq arasında fərqi anlamırlar.

Yeni F3T sensoru bu problemi çoxqatlı quruluşu ilə həll edir. Hər bir qatın öz funksiyası var: biri yalnız istiliyi hiss edir, digəri şaquli təzyiqi, üçüncüsü isə təzyiqin istiqamətini müəyyənləşdirir. Son qat isə bu məlumatları analiz edir. Qatlar arasında yerləşdirilmiş silikon təbəqə həm amortizasiya rolunu oynayır, həm də onları birləşdirir. Bu, insan dərisinin altındakı piy qatına bənzər bir mexanizmdir.

Laboratoriya testləri zamanı F3T yüksək dəqiqliklə işlədiyini sübut edib: güclü təzyiq altında belə temperaturu ölçə bilir, təzyiqin istiqamətini ayırd edir və şərait dəyişən kimi dərhal reaksiya verir. Belə sensorlarla təchiz olunmuş robotlar daha dəqiq işləyir, kənar təsirlərə qarşı dözümlü olur və əşyaları daha etibarlı şəkildə tutur.

Alimlər bildirirlər ki, bu texnologiya gələcəkdə cərrahiyyə əməliyyatlarında robotların toxuma temperaturunu və təzyiqini hiss etmək üçün, eləcə də protezlərdə istifadəçinin real toxunma hissinə yaxın təcrübə yaşaması üçün tətbiq edilə bilər.

oxu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi