AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yunanıstanda dünyada ilk dəfə insanabənzər robotların Olimpiadası keçiriləcək

03.06.2025 / Maraqlı məlumatlar

Avqustun 29-dan sentyabrın 2-dək Yunanıstanın Olimpiya şəhərində – qədim Olimpiya oyunlarının vətənində – dünyada ilk dəfə insanabənzər robotların beynəlxalq olimpiadası keçiriləcək.

Interesting Engineering xəbər verir ki, bu yarışda dünyanın müxtəlif ölkələrindən gəlmiş insanabənzər robotlar sprint qaçışı, uzağa tullanma və nizəatma kimi idman növlərində güclərini sınayacaqlar.

Tədbirin təşkilatçıları olan Acumino (süni intellekt sahəsində qabaqcıl texnologiyalar üzərində çalışan şirkət) və Endeavor Greece (innovativ startapları dəstəkləyən təşkilat) bu yarışın gələcəyin texnologiyaları ilə qədim ənənələrin sintezini nümayiş etdirəcəyini bildirirlər.

“Bu, qədim ənənələrlə futuristik texnologiyaların nadir birliyidir. Yaradıcılıq və robototexnika bir araya gələrək sabahın dünyasını formalaşdırır”, – deyə təşkilatçılar qeyd edir.

Olimpiada çərçivəsində iştirakçılar və qonaqlar üçün bir sıra elmi-texnoloji tədbirlər də nəzərdə tutulub:

Süni intellekt və robototexnika sahəsində aparıcı mütəxəssislərin çıxışları,
Robotlarla birbaşa ünsiyyət imkanı verən interaktiv ustad dərsləri,
Şagird və tələbələr üçün robotların proqramlaşdırılması və yığılması üzrə praktiki məşğələlər təşkil olunacaq.
Bu təlimlərdə iştirak üçün heç bir xüsusi texniki bilik tələb olunmur. Bu da tədbiri geniş auditoriya üçün açıq və əlçatan edir.

Xatırladaq ki, daha əvvəl Çində dünyada ilk dəfə insanabənzər robotlar arasında döyüşlər və robotlarla bərabər keçirilən yarımmarafon da təşkil olunmuşdu. Hər iki tədbir texnologiyanın idman sahəsinə inteqrasiyasını göstərən nümunə kimi qiymətləndirilir.

tribunainfo.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi