AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

OpenAI-nin Sora video generatoru Bing tətbiqində pulsuz olub

04.06.2025 / Maraqlı məlumatlar

Microsoft, OpenAI şirkətinə məxsus Sora sünizəka modeli vasitəsilə mətn sorğularından video yaratmağa imkan verən yeni Bing Video Creator alətinin istifadəyə verildiyini elan edib. Əvvəllər bu texnologiyadan yalnız OpenAI-in pullu istifadəçiləri yararlana bilirdi, lakin indi Bing-in mobil tətbiqində videoları pulsuz yaratmaq mümkündür. Hazırda xidmət yalnız şaquli formatda (9:16) işləyir ki, bu da TikTok və Instagram kimi sosial şəbəkələr üçün əlverişlidir. Lakin tezliklə üfüqi videoların dəstəyi də əlavə olunacaq. Videoların uzunluğu sabitdir - 5 saniyə. Lakin bir dəfəyə 3 sorğu göndərmək mümkündür.
Məlumata əsasən hətta “sürətli” rejimdə belə (bu rejimdə videonun bir neçə dəqiqəyə hazır olması nəzərdə tutulur), generasiya bir neçə saat çəkə bilər. Bu qədər uzun müddətin səbəbi dəqiq açıqlanmasa da, ehtimal olunur ki, bu, şirkətin serverlərinə olan yüklənmə ilə bağlıdır. İstifadəçilər Microsoft hesabına daxil olduqları halda 10 videonu pulsuz yarada bilərlər. Bundan sonra isə hər yeni video üçün 100 Microsoft Rewards xalı tələb olunur.
     
Bu xallar Bing vasitəsilə axtarış etdikdə və ya Microsoft Store-dan alış-veriş zamanı qazanılır. Məsələn, kompüterdən edilən hər axtarışa görə 5 xal verilir (gündə maksimum 150 xala qədər). Qeyd olunur ki, Sora-nın Bing-ə inteqrasiyası Microsoft və OpenAI arasında uzunmüddətli tərəfdaşlıq sayəsində mümkün olub. Hazırda Bing Video Creator yalnız mobil tətbiq versiyasında işləyir, lakin gələcəkdə bu texnologiyanın masaüstü kompüterlərə də gətirilməsi planlaşdırılır. Microsoft həmçinin yeni video formatları əlavə etməyi və ehtimal ki, maksimum video uzunluğunu artırmağı planlaşdırır.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi