AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yapon alimləri qısa müddətdə dəniz suyunda həll olunan plastik hazırlayıblar

05.06.2025 / Maraqlı məlumatlar

Yapon alimləri okeanlarımızı çirkləndirən və canlı təbiətə zərər verən müasir problemin potensial həllini təklif ediblər. Belə ki, onlar dəniz suyunda saatlar ərzində həll olunan plastik hazırlayıblar.

“Reuters” agentliyi xəbər verir ki, RIKEN Yeni Materialların Tədqiqat Mərkəzinin və Tokio Universitetinin alimlərinin sözlərinə görə, onların yeni materialı daha tez parçalanır və geriyə heç bir iz buraxmır.

Komanda hələ kommersiya planlarını açıqlamasa da, layihənin rəhbəri Takuzo Aida onların araşdırmalarının müxtəlif sahələrdə, o cümlədən qablaşdırma sektorunda böyük maraq yaratdığını deyib.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı 2040-cı ilə qədər plastik çirklənmənin üç dəfə artacağını və nəticədə hər il dünya okeanlarına 23-37 milyon ton tullantı atılacağını proqnozlaşdırır.

Takuzo Aida bildirib: “Uşaqlar yaşayacağı planeti seçə bilməzlər. Alimlərin borcu onlara ən yaxşı həyat mühitini təmin etməkdir”.

Onun sözlərinə görə, yeni material neft əsaslı plastik kimi möhkəmdir, lakin duza məruz qaldığı təqdirdə orijinal komponentlərinə parçalanır. Bu komponentlər daha sonra təbii bakteriyalar tərəfindən daha da parçalana bilər. Material su həyatına zərər verə biləcək və qida zəncirinə daxil ola biləcək mikroplastiklərin əmələ gəlməsinin qarşısını alır. Yeni plastik toksik deyil, yanmır və karbon qazı buraxmır.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi