AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

"ChatGPT"nin yeni modeli istifadəyə verildi

17.06.2025 / Maraqlı məlumatlar

"OpenAI" mürəkkəb məsələlərin həllinə yönəlmiş və xüsusilə məntiqi düşüncə, proqramlaşdırma bacarıqları və elmi sorğulara fokuslanan yeni "o3-pro" adlı dil modelini istifadəyə verib.

VC portalının məlumatına əsasən, bu modelə artıq API üzərindən və "Team" və "Pro" abunəlik planları vasitəsilə giriş imkanı yaradılıb. "Enterprise" və "Edu" planlarının istifadəçiləri isə modelə gələn həftədən etibarən daxil ola biləcəklər. "ChatGPT Plus" abunəçiləri üçün isə modelin əlçatan olub-olmayacağı barədə hələlik rəsmi məlumat verilməyib.

"o3-pro" modeli həm mətn, həm də şəkilləri analiz etmək qabiliyyətinə sahib olsa da, şəkil yaratmaq funksiyasını dəstəkləmir. Modelin təlim bazası 2024-cü ilin iyun ayına qədərki məlumatları əhatə edir. Audiofaylları emal etmək funksiyası mövcud deyil, lakin istifadəçilərə internet axtarışı, fayl analizi, Python dili ilə proqramlaşdırma və faydalı yaddaş funksiyaları təklif olunur.

OpenAI bildirir ki, bu model əvvəlki "o3" versiyasını dəqiqlik və cavabların əhatəliliyi baxımından geridə qoyur. API üzərindən istifadə zamanı bir milyon giriş tokeni üçün qiymət 20 dollar, bir milyon çıxış tokeni üçün isə 80 dollar təşkil edir. Müqayisə üçün, "o3" modelində bu rəqəmlər müvafiq olaraq 2 və 8 dollar, "o1-pro" modelində isə 150 və 600 dollar civarındadır.

ikisahil.az

 

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi