AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

18.06.2025 / Mühüm xəbərlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyun ayında ilk sayı çapdan çıxıb.

Bu sayın ön səhifəsində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında və Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları təqdim edilib.

Bugünkü buraxılışın ilk səhifələrində “Böyük Qayıdışa Azərbaycan elminin töhfəsi. Qarabağ və Şərqi Zəngəzurda kompleks elmi tədqiqatlara start verilir” rubrikalı yazılar yer alıb. Sözügedən materiallarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində elmi həyatın canlandırılması istiqamətində atılan mühüm addımlar, xüsusilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə bir qrup nümayəndə heyətinin Laçın şəhərində təşkil olunan yüksək səviyyəli dövlət tədbirlərində iştirakı, Qarabağ Universitetində keçirilən görüşlər, müzakirələr və bir sıra əhəmiyyətli təşəbbüslər geniş şəkildə işıqlandırılıb.

Bundan əlavə, AMEA rəhbərinin iştirakı ilə “IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Bəxtiyar Vahabzadə - 100” paneli”, “Xalq şairi Sabir Rüstəmxanlının “Seçilmiş əsərləri”nin 15 cildliyinin təqdimatı” və “Azərbaycanın ictimai və mədəni inkişafında Ağa Musa Nağıyevin rolu” mövzusunda elmi konfranslar haqqında informasiyalar yer alıb.

Qəzetin bu sayında, “Azərbaycanlı alim Nəsirəddin Tusi: elmin triumfatoru”, “90 il tarix elminin xidmətində” adlı məqalələr, eyni zamanda AMEA-nın elmi müəssisələrində həftə ərzində keçirilən müxtəlif tədbirlərlə bağlı informativ yazılar təqdim edilib.

Qəzetin rus və ingilis dili bölmələrində beynəlxalq oxucu auditoriyası üçün AMEA-da ötən həftə baş verən elmi yeniliklər, konfranslar, təqdimatlar və Azərbaycanda palçıq vulkanizmi ilə seysmiklik arasında əlaqədən bəhs edən “Эволюция представлений о связи грязевого вулканизма с сейсмичностью в Азербайджане” başlıqlı aktual məqalə dərc edilib.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi