
Çində qocalara qulluq edən insanabənzər robot hazırlandı
19.06.2025 / Maraqlı məlumatlar
Şanxayda qocalara qulluq etmək üçün “Guanghua №1” robotu düzəldilib.
“China Daily” nəşri xəbər verir ki, hazırda 2025-ci ilin sonuna qədər təqdim edilməli olan qurğu üçün proqram təminatı hazırlanır.
Robotun Şanxaydakı xəstəxanada sınaqdan keçiriləcəyi gözlənilir.
Yaxın gələcəkdə insanabənzər robotlar ahıl insanlara qulluq üçün müxtəlif tapşırıqları yerinə yetirəcəklər. Alimlər hesab edirlər ki, texniki baxımdan bu funksiyalar 3-5 il ərzində tam şəkildə həyata keçiriləcək.


