
İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
19.06.2025 / Mühüm xəbərlər
AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyasının kiçik elmi işçisi Ülviyyə Göyüşova Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə keçirilən 2nd International Conference on Smart Environment and Green Technologies (ICSEGT 2025) beynəlxalq elmi konfransda “Logistics of perishable goods via existing transport infrastructure” adlı məqalə ilə çıxış edib.
İnstitutun baş direktoru, akademik Əli Abbasov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, İSİ-nin Kəsilməz proseslərin modelləşdirilməsi və idarə edilməsi laboratoriyasının müdiri, r.ü.f.d., dosent Ədalət Paşayev və İSİ-nin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyevin həmmüəllifi olduqları məqalə Scopus bazasında indekslənən və Springer tərəfindən nəşr ediləcək məqalələr siyahısına daxil edilmiş, məruzəçi sertifikata layiq görülmüşdür.


