
AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun “Qeyri-səlis iqtisadiyyat modelləri” adlı kitabı nəşr edilib
20.06.2025 / Mühüm xəbərlər
İspaniya Kral İqtisadiyyat və Maliyyə Elmləri Akademiyasının (RACEF) Kitabxanası “Akademik İrs. Barselona humanist iqtisadiyyat məktəbinə töhfə” adlı yeni kolleksiyasında müvafiq akademiklərin və Barselona İqtisadi Şəbəkəsinin üzvlərinin iştirak etdiyi ilk kitabı nəşr edib.
“Qeyri-səlis iqtisadiyyat modelləri” adlı sözügedən kitab AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri instituitunun (İSİ) İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Qorxmaz İmanov tərəfindən hazırlanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiniz:


