AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Məlumatların buzda saxlanması üsulu hazırlanıb

23.06.2025 / Maraqlı məlumatlar

Buz özündə qədim dövrlər haqqında elm üçün dəyərli məlumatları saxlayır, lakin onu ikili (binary) kodla mesajların ötürülməsi üçün də istifadə etmək olar. Çinli alimlər hava qabarcıqlarının formasını və buz qatındakı yerləşməsini dəyişdirərək məlumatı yazmağın və oxumağın bir yolunu kəşf ediblər. Tədqiqatçılar bildirirlər ki, belə mesajlar uzun müddət ərzində saxlanıla bilər, onları vizual olaraq asanlıqla müşahidə etmək və oxumaq mümkündür. Su donarkən içindəki qaz hava cibləri əmələ gətirir. Bu qabarcıqlar əgər buz sürətlə donursa, yumurtaya bənzər, yavaş donarsa, iynəvari forma alır. Donma sürətini dəyişməklə bu fərqləri növbəli şəkildə istifadə edərək ikili məlumat yazısı yaratmaq olar. Pekin Texnologiya İnstitutunun tədqiqatçıları məhz bu üsulu tətbiq ediblər. Alimlər bir neçə yanaşmanı nəzərdən keçirsələr də, ikili kodun ən effektiv üsul olduğunu müəyyən ediblər.

ZME Science yazır ki, bu üsul Mors əlifbası ilə müqayisədə 10 dəfə daha çox məlumat saxlamağa imkan verir. “Qabarcıqların yerləşməsi və forması donma sürətindən asılı olduğuna görə, bu sürəti fərdi şəkildə idarə etməklə buzda qabarcıqların formasına və paylanmasına nəzarət etmək mümkündür” - deyə elmi qrupun rəhbəri Song Mengjie bildirib. Bu ideyanı yoxlamaq üçün o və həmkarları suyu şəffaf lövhələr arasında nazik qatlarla tökərək, onu dəqiq şəkildə nəzarət olunan soyuq plitə vasitəsilə dondurublar. Buzun yaranma sürətini tənzimləməklə onlar əmələ gələn hava qabarcıqlarının ölçüsünü, formasını və qat-qat yerləşməsini dəyişdirə biliblər. Alimlər həmçinin müəyyən ediblər ki, temperaturu qəfil aşağı salmaqla donma sürətini artırmaq nəticəsində yalnız bir qat hava qabarcığı formalaşır. Bu isə məlumat qatları yaratmağa imkan verir - burada hər bir qabarcıq qatı ayrıca bir mesajdır.

Daha sonra tədqiqatçılar dekodlaşdırma sistemi qurublar. Bu sistem buz parçalarının ağ-qara şəkillərini çəkən kameradan və qabarcıqların yerləşməsini və parlaqlığını oxuyan kompüter tətbiqindən ibarətdir. Bu məlumatlar əsasında tətbiq mesajı yenidən bərpa edir. Hazırda bu məlumat saxlama üsulunun tutumu kifayət qədər məhduddur - bir buz kubunda cəmi bir neçə cümlə saxlamaq mümkündür. Lakin alimlər hesab edirlər ki, bu sistemi daha səmərəli etmək və genişləndirmək olar. Onların fikrincə, buzda məlumat saxlama üsulu sonda qütblər, dərin mağaralar və ya kriogen laboratoriyalar kimi soyuq şəraitdə real istifadə üçün uyğun üsul ola bilər. “Soyuq bölgələrdə hava qabarcıqlarından mesajların ötürülməsi və saxlanması vasitəsi kimi istifadə, telekommunikasiyadan daha az enerji tələb edir və kağız sənədlərlə müqayisədə daha az nəzərə çarpır” - deyə Song bildirib.

nmincom.gov.az

 
Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi