AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Qalaktikamızın ən ekstremal bölgəsində planetlərin formalaşdığı təyin edilib

24.06.2025 / Maraqlı məlumatlar

Süd Yolunun ekstremal bir bölgəsində - burada ultrabənövşəyi şüalanma Yer səviyyəsindən 10 minlərlə dəfə güclü olduğu halda - James Webb teleskopu su və ekzoplanetlərin formalaşması üçün uyğun şərait aşkarlayıb. James Webb kosmik teleskopunun müşahidələri, ekstremal şəraitdə Yer tipli planetlərin yaranma imkanları ilə bağlı mövcud təsəvvürləri dəyişib. Astronomlar Süd Yolunun ən radiasiya-aktiv ulduz əmələgəlmə bölgələrindən birini öyrənərək müəyyən ediblər ki, bu cür ekstremal mühitlərdə belə Yerə bənzər planetlər formalaşa bilər. Bu kəşf, bu cür şəraitdə planet yaranmasının mümkünsüz olduğunu iddia edən əvvəlki nəzəriyyələri təkzib edir. Araşdırmanın həmmüəllifi və PensilvaniyaDövlət Universitetinin tədqiqatçısı Konstantin Getman-ın izahına görə, ultrabənövşəyi şüalanma uzun müddət azkütləli ulduzların ətrafında planetlərin yaranması üçün əsas maneə sayılırdı.
Lakin yeni məlumatlar göstərir ki, planetlərin doğulduğu qaz və tozdan ibarət fırlanan protoplanet diskləri güclü ultrabənövşəyi şüalanma təsirinə baxmayaraq mövcud ola və inkişaf edə bilir. Bu, 2023-cü ildə irəli sürülmüş Yer tipli planetlərin ekstremal mühitlərdə də yaranma ehtimalı ilə bağlı əvvəlki fərziyyələri təsdiqləyir. Beynəlxalq bir tədqiqat qrupu NGC 6357 dumanlığında yerləşən gənc bir ulduzun ətrafındakı XUE 1 diskini araşdırmağa fokuslanıb. Bu obyekt elə güclü ultrabənövşəyi şüalanmaya məruz qalır ki, onun intensivliyi Günəş sisteminə nə vaxtsa təsir etmiş ultrabənövşəyi şüalanması səviyyəsindən 10 minlərlə dəfə çoxdur. Tədqiqatın aparıcı müəllifi Bayron Portilya Revelo dəqiqləşdirib ki, əgər XUE 1 Günəşin yerində olsaydı, hər saniyə bu qədər güclü ultrabənövşəyi şüalanma enerjisindən 100 000 dəfə az alardı.
Bu araşdırmada həlledici rol James Webb teleskopu tərəfindən oynanıb. Teleskopun yüksək həssaslığı və ayırdetmə qabiliyyəti 5500 işıq ili uzaqlıqda yerləşən diski araşdırmağa imkan verib. Alimlər orta infraqırmızı şüalanmanı qeydə alan MIRI (Mid-Infrared Instrument) cihazından alınmış məlumatları VISTA, Hubble və Spitzer teleskoplarının arxiv müşahidələri ilə birləşdiriblər. Əldə olunmuş nəticələri şərh etmək üçün komanda James Webb məlumatları əsasında XUE 1 diskində işıq, istilik və kimyəvi reaksiyaların qarşılıqlı təsirini simulyasiya edən termokimyəvi bir model hazırlayıb.
Simulyasiya 3 əsas kritik məqamı üzə çıxarıb: Birincisi, ekstremal radiasiya fonuna baxmayaraq, yaşana bilən planetlərin formalaşması üçün əsas komponent sayılan suyun mövcudluğu, ikincisi, diskin daxilində (daş planetlərin formalaşdığı sahə) ən dağıdıcı ultrabənövşəyi şüalanmadan qorunma qabiliyyəti, üçüncüsü isə radiasiyanın təsiri altında qazın temperaturunun və kimyəvi proseslərin ciddi şəkildə dəyişməsi. Bu kəşf göstərir ki, planet formalaşması əvvəl düşünüləndən daha davamlı bir prosesdir və bu da kainatda potensial yaşana bilən mühitlərin spektrini genişləndirir. Güclü ultrabənövşəyi şüalanmaya məruz qalan digər oxşar bölgələrin gələcək tədqiqatları, ekstremal şəraitin müxtəlif ölçü və kütləyə malik protoplanet disklərinə necə təsir etdiyini daha yaxşı anlamağa kömək edəcək.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi