
Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
25.06.2025 / Dissertasiya şurasının iclasları
25 iyun 2025-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun 13, 15, 17, 18, 23 saylı laboratoriyalarının birgə elmi seminarında Rezvan Məhəmməd Hüseyn oğlunun texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01-Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə yerinə yetirdiyi "RNMT-nin tətbiqi ilə dərinlik nasoslu neft qurğularında nasazlıqların diaqnostikası alqoritmlərinin və sistemlərinin işlənməsi" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilib.


