AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni İntellekt və İnsan Hüquqları: Çağırışlar və İmkanlar

29.06.2025 / Mühüm xəbərlər

Bildiyimiz kimi, müasir dövrdə süni intellekt (Sİ) texnologiyalarının sürətli inkişafı siyasi, iqtisadi və sosial strukturlarda əhəmiyyətli dəyişikliklərə səbəb olur. Əvvəllər yalnız texnoloji tərəqqinin bir sahəsi kimi qəbul edilən süni intellekt artıq qərarvermə proseslərinə təsir edən, ictimai münasibətləri formalaşdıran və hüquqi müstəvidə ciddi suallar doğuran amilə çevrilib. Bu dəyişiklik fonunda süni intellektin hazırda dünya miqyasında mühüm əhəmiyyətə malik problemlərdən biri olan insan hüquqlarına təsiri və bu prosesin idarəetmə sistemləri kontekstində qiymətləndirilməsi vacib məsələlərdən birinə çevrilmişdir.


Kibernetika sistemlərin özünü tənzimləmə və idarəetmə mexanizmlərini öyrənən elm sahəsi kimi süni intellektin əsas nəzəri dayaq nöqtələrindən biridir.
Sİ-nin inkişafı qərarvermə proseslərinin optimallaşdırılmasında, böyük həcmli məlumatların təhlili və avtomatlaşdırılmasında mühüm əhəmiyyətə malik olmaqla mürəkkəb idarəetmə sistemlərinin ayrılmaz hissəsinə çevrilmişdir. Müasir idarəetmə sistemlərində Sİ alqoritmləri işə qəbul proseslərindən tutmuş hüquq-mühafizə orqanlarının risk dəyərləndirməsinə qədər müxtəlif sahələrdə tətbiq olunur.

 

İnformasiya texnologiyalarının (İT) inkişafı insan hüquqları sahəsində müsbət rol oynayaraq bu hüquqların həyata keçirilməsi üçün misilsiz imkanlar yaratdığı kimi eyni zamanda, yeni çağırışlar və təhlükələrin yaranmasına da rəvac verə bilər. Məsələn, hazırda internet və sosial şəbəkələr insanlara söz azadlığı və məlumat əldə etmək hüququ verərək öz mövqeyini maneəsiz və sürətli şəkildə bildirilməsi, informasiya mübadiləsinin həyata keçirilməsi və beləliklə də vətəndaş cəmiyyətinin təşkili üçün güclü platformalara çevrilmişdir. Yəni insanların coğrafi və siyasi maneələri aşaraq geniş məlumat spektrinə çıxış əldə etməsi insan hüquqları ilə bağlı məlumatlılığı artırır və pozuntuların ifşasına kömək edir. Digər tərəfdən, bu azadlıq cəmiyyətin müxtəlif kateqoriyalarından olan, xüsusilə də sosial cəhətdən həssas qrupların ictimai həyata qoşulmaq, təhsil almaq və interaktivlik imkanlarını artırır, distant təhsil kimi rəqəmsal xidmətlərə çıxışı daha əlçatan edir.

 

Süni intellekt texnologiyalarının inkişafı, həmçinin insan hüquqlarının qorunması, humanitar yardımların təşkili, cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə, sosial inklüzivlik və sair kimi geniş imkanlar yaradır, sözügedən istiqamətlərdə hüquqi bazanın formalaşdırılmasında əsaslı rol oynayır. Bu proses hüquq müdafiəçilərinə insan hüquqlarının pozulmasına dair sübutların toplanılması prosesini asanlaşdıraraq sənədləşdirmək və yaymaq imkanı verməklə yanaşı, proqnozlaşdırılması və qarşısının alınmasında da istifadə oluna bilər. Xüsusilə insan hüquqlarının müdafiəsində maarifləndirilməsinə diqqət göstərilən gənc nəsldə hüquqi şüurun və davranış vərdişlərinin formalaşmasında təsirli alətə çevrilə bilər.

 

Bununla belə, Sİ-nin inkişafı və geniş tətbiqində bir sual diqqət cəlb edir ki, bu da kibertəhlükəsizlik məsələsidir. Yəni bu sistemin avtonom şəkildə fəaliyyət göstərə bilməsi nəzarətin itirilməsi kimi yeni təhlükələr yaradır. Burada ilk növbədə məxfilik və şəxsi məlumatların qorunması məsələsi gündəmə gəlir ki, bu da hazırda “Dövlət-Özəl-Akademik Əməkdaşlıq” platformasının qarşısında duran ən mühüm problemlərdən biridir. Hökumətlər və korporasiyalar tərəfindən şəxsi məlumatların kütləvi şəkildə toplanması və emalı, şəxsi həyata toxunulmazlıq hüququna ciddi təhdid yaranması, məlumatların icazəsiz istifadəsi və sızması diskriminasiya və təqib kimi pozuntulara gətirib çıxarır.

 

Süni intellekt sistemlərinin ən ciddi çatışmazlıqlarından biri onların qərar qəbuletmə mexanizmlərinin çox vaxt “qara qutu” formasında olmasıdır. Burada senzura və informasiya üzərində nəzarət, kibercinayətkarlıq və onlayn təhlükələr, dezinformasiya və yalan xəbərlərin yayılması kimi təhdidlər meydana gəlir. Yəni alqoritmin hansı əsaslarla qərar verməsinin istifadəçi üçün açıq və anlaşıqlı olmaması hüquqi müstəvidə məsuliyyətin təyin olunmasını və effektiv hüquqi müdafiəni çətinləşdirir. Digər tərəfdən, alqoritmlərin öyrədildiyi məlumatların sosial qərəzlər daşıması məsələn, cinsiyyətə, irqə, yaşa və sosial statusa dair diskriminasiya risklərini artırır. Bu cür qərəzlər isə süni intellektin tətbiq olunduğu idarəetmə sistemlərində ayrı-seçkilik yarada bilər.

 

Beləliklə, qeyd olunan təhdidlərin qarşısının alınması, yəni innovasiyanın hüquqla uzlaşdırılması üçün ən vacib prinsiplərdən biri avtomatlaşdırılmış qərar qəbul edən sistemlərdə insanın təsdiqləyici və nəzarətedici rolunun saxlanılmasıdır. Sİ-nin gələcəyə yönələn təhdidlərinin qarşısının alınmasında beynəlxalq səviyyədə müəyyən addımlar atılmalıdır ki, buraya etik prinsiplər və beynəlxalq standartların hazırlanması, əks-əlaqəyə əsaslanan davamlı monitorinq sistemlərinin tətbiqi, məlumat təhlükəsizliyi və məxfilik prinsipinə əsaslanan idarəetmə sistemlərinin qurulması, hüquqi müdafiə mexanizmləri ilə bağlı qanunvericilik aktlarının tənzimlənməsi və cəmiyyətin maarifləndirilməsi tədbirləri aid edilə bilər.

 

Sözügedən istiqamətdə dünyanın bir sıra qabaqcıl ölkələrində, o cümlədən Azərbaycanda müvafiq addımlar atılır, hüquqi baza formalaşdırılır. Belə ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl və kompleks islahatlar həyata keçirilmiş, bu istiqamətdə fundamental hüquqi baza formalaşdırılmışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə strateji fəaliyyətin əsasını qoymuşdur. Bu mühüm sənədə əsaslanaraq, Prezidentcənab İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilmişdir. Ölkəmizdə sözügedən istiqamətdə uzun illər ərzində müvafiq fərman və sərəncamlar əsasında əməli tədbirlər həyata keçirilmiş, mühüm nailiyyətlər əldə olunmuşdur.

 

Bu məqamda ölkə başçısı tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsini xüsusilə vurğulamaq zərurəti meydana gəlir. Cari ildə insan hüquqlarının mühafizəsi və təminatı sahəsində həyata keçirilən islahatların daha da dərinləşdirilməsi, milli qanunvericiliyin müasir çağırışlara uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə həyata keçirilən islahatlardan biri də “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiq edilməsi olmuşdur. Strategiyaya əsasən, 2025-2028-ci illər ərzində həyata keçiriləcək tədbirlər çərçivəsində ilkin mərhələdə süni intellekt üzrə idarəetmənin təkmilləşdirilməsi, süni intellekt siyasətinin formalaşdırılması və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə, süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətlə istifadəni təmin etmək üçün normativ hüquqi baza hazırlanacaq, insan hüquqlarına və məlumatların məxfiliyinə xüsusi diqqət yetiriləcək, maarifləndirmə təbirləri həyata keçiriləcəkdir. O cümlədən süni intellektin potensialı və riskləri haqqında təşviqat işinin təşkili, habelə süni intellektlə bağlı etik prinsiplərin qorunması əsas prioritetlərdən biri olacaqdır.

 

Qeyd etdiyimiz kimi, informasiya texnologiyalarının sürətli inkişafı insan hüquqlarının müdafiəsinə xüsusi həssaslıqla yanaşma tələb edir. Bu baxımdan, həm hüquqi mexanizmlərin təkmilləşdirilməsi, həm də cəmiyyətin maarifləndirilməsi istiqamətində atılan addımlar Azərbaycanın bu sahədə beynəlxalq standartlara uyğun mövqe nümayiş etdirdiyini təsdiqləyir, elmi ictimaiyyət üçün yeni çağırışlar və tədqiqat istiqamətləri formalaşdırır.


AR Elm və Təhsil Nazirliyi 
İdarəetmə Sistemləri İnstitutu

İctimaiyyətlə əlaqələr şöbəsi

i.ü.f.d., dosent Aygün Əliyeva

baş mütəxəssis Nərmin Məmmədova

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi