AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

YouTube-da videoların süni zəka icmalları funksiyası test edilir

30.06.2025 / Maraqlı məlumatlar

 

YouTube platformasında artıq Google axtarış sistemində istifadə olunan süni zəka-icmallara (AI Overviews) bənzər bir funksiyanın testinə başlanılıb. İndi müəyyən sorğular zamanı istifadəçilərə sadəcə video siyahısı deyil, əsas video, digər videoların mini görüntüləri və süni zəka tərəfindən yaradılmış mətn formasında daha geniş cavab təqdim olunacaq. Blokda yer alan əsas videoya klikləməklə tam versiyaya baxmaq mümkün olacaq. Əgər axtarış mövzusu alış-veriş, səyahət və ya yerli görməli yerlərlə bağlıdırsa, ABŞ-da olan bəzi YouTubePremium istifadəçiləri nəticələri süni zəka-karusel şəklində görəcəklər. Bu barədə məlumat şirkətin rəsmi bloqunda paylaşılıb.
 
 
Funksiya hələlik yalnız iOS və Android üçün mobil YouTube vasitəsilə əlçatandır, yalnız ingilis dilində olan videolarla işləyir və 30 iyula qədər test mərhələsində olacaq. YouTube-un daxili dəstək sənədinə əsasən, bu sınaqda yalnız ABŞ-dakı Premium hesab abunəçiləri arasından təsadüfi seçilmiş istifadəçilər iştirak edə biləcəklər. The Verge qeyd edir ki, bu məhdudiyyət yeni texnologiyanın test mərhələsində olması ilə əlaqədardır. Bundan əlavə, xidmət videonun məzmunu barədə sual verməyə imkan verən dialoq əsaslı süni zəka alətinin əlçatanlığını genişləndirib. Bu funksiya əvvəllər yalnız Premium istifadəçilər üçün aktiv idi, lakin indi ABŞ-da bəzi adi istifadəçilər üçün də əlçatan olub. Qeyd edək ki, bu alət ilk dəfə 2023-cü ildə təqdim olunmuşdu, lakin onun geniş tətbiqinə yalnız indi başlanılıb.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi