AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Köçürülmə məqsədilə qismən akademik tanınma şəhadətnaməsi əldə etmək istəyən vətəndaşların nəzərinə

01.07.2025 / Maraqlı məlumatlar

Xarici ölkələrdə əldə olunmuş ali təhsil kvalifikasiyalarının tanınması prosesi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiqlənmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən həyata keçirilir. Qaydaların 5.9-cu bəndinə uyğun olaraq, xaricdə natamam ali təhsil alan şəxslər təhsillərini Azərbaycan Respublikasının ali təhsil müəssisələrində davam etdirmək istədikləri halda, əvvəlcə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edərək kvalifikasiyalarının qismən tanınması üçün şəhadətnamə əldə etməlidirlər. Bu sənəd onlara yalnız ölkə daxilindəki ali təhsil müəssisələrinə köçürülmə üçün müraciət hüququ verir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) AZƏRTAC-a bildirilib ki, köçürülmə prosesi “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi...” ilə bağlı qaydalara əsasən həyata keçiriləcək.

Vətəndaşların müraciətlərini nəzərə alaraq, TKTA qismən akademik tanınma prosesi iyulun 7-si saat 18:00-dək uzadılıb. Müraciətlər yalnız elektron formada vasitəsilə qəbul olunur.

Əlavə olaraq, TKTA yalnız qismən akademik tanınma prosesini həyata keçirir və təqdim olunan şəhadətnamə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən aparılan köçürülmə prosesində tələb olunan sənədlərdən biridir.

Müraciət zamanı aşağıdakı məqamlara ciddi diqqət yetirilməsi tövsiyə olunur:

- Akademik transkript apostil möhürü ilə leqallaşdırılmış olmalıdır;

- Transkript üzərində ali təhsil müəssisəsinə qəbul tarixi aydın şəkildə göstərilməlidir;

- Təhsil müddətində əldə edilmiş AKTTS kreditlərinin ümumi miqdarı qeyd olunmalıdır;

- Transkript bütün ali təhsil müddətini əhatə edən yekun sənəd olmalıdır;

- Transkript ingilis, rus və türk dillərindən fərqli dildədirsə, Azərbaycan dilinə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.

Sənədlərin autentikliyinin (həqiqi) mümkün olan ən qısa zamanda yoxlanılmasını həyata keçirmək məqsədilə sözügedən sənədlərin QR kod və ya elektron imzalı (keçid (link) əlavə olunmuş şəkildə) edilməsi arzuolunandır.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi