AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Mədə xərçəngini təyin edən süni zəka barədə yeni xəbər

01.07.2025 / Maraqlı məlumatlar

Alibaba Group mədə xərçəngini adi kompüter tomoqrafiyası vasitəsilə aşkarlaya bilən Grape adlı süni zəka modelini hazırlayıb.

Sistem üçölçülü KT görüntülərini analiz edir və mütəxəssislər tərəfindən çox vaxt görünməyən ən kiçik anomaliyaları belə tanıya bilir. 100 000 nəfərin iştirak etdiyi klinik sınaqlarda Grape modeli 85.1% həssaslıq və 96.8% spesifiklik göstərib. Məsələn, model rentgenoloqların diaqnozundan 6 ay əvvəl şişi aşkarlayıb. Ənənəvi screening metodlarından fərqli olaraq, boğazdan kamera yeridilməsini tələb edən üsullar əvəzinə, Grape sistemi mədə xərçəngi əlamətlərini aşkar etmək üçün üçölçülü KT görüntülərini təhlil edir. Bu isə çox təhlükəli olan və çox vaxt yalnız gec mərhələdə müəyyən edilən xəstəliyin erkən aşkarlanmasına kömək edir. Uzun müddət adi KT görüntüləri mədə kimi boş orqanların araşdırılması üçün yararsız sayılırdı.

Bunun səbəbi bu orqanların hərəkətli anatomiyası və erkən yoluxmaların çətin aşkarlanması idi. Lakin Grape texnologiyası bu problemi həll edir. Tədqiqat qrupu mədə xərçəngi ilə bağlı dünyanın ən böyük KT görüntüləri bazasını yaradıb. Bu, süni zəkanın, hətta təcrübəli radioloqların da gözündən yayınan incə nümunə və dəyişiklikləri tanımağı öyrənməsinə imkan verib. Klinik sınaqlarda Grape həkimləri xeyli üstələyib. Model 85.1% həssaslıq və 96.8% spesifiklik göstərib. Bu o deməkdir ki, model təkcə daha çox xərçəng halını aşkar etməklə kifayətlənməyib, həm də yalnış pozitiv nəticələrin sayını azaldıb. Məsələn, Grape bir pasientdə mədə xərçəngini rentgenoloqların aşkarlamasından 6 ay əvvəl, artıq gec mərhələdə müəyyən edib. Mədə xərçəngi dünyada onkoloji səbəblərdən ölüm hallarının yayılmasına görə dördüncü yerdədir. Bu xəstəliyi erkən mərhələdə aşkar etmək isə son dərəcə çətindir, çünki simptomlar adətən yalnız xəstəlik irəlilədikdə üzə çıxır.


Bundan əlavə, bir çox pasient dəqiq diaqnoz üçün vacib olan endoskopiya kimi narahatedici və invaziv prosedura razılıq verməkdə tərəddüd edir. Məhz bu səbəbdən, KT-yə əsaslanan qeyri-invaziv yanaşma təklif edən Grape bu ciddi maneəni aradan qaldırmaq və diaqnostikanı daha əlçatan etmək məqsədi daşıyır. Grape modeli Çinin bəzi əyalətlərində tətbiq olunmağa hazırlanır. Bu layihə, Alibaba-nın başqa bir süni zəka aləti olan və mədəaltı vəzi xərçənginin aşkarlanması üçün istifadə edilən Damo Panda sisteminin davamı sayılır. 2023-cü ildə Damo Panda ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) tərəfindən “inqilabi cihaz” statusu alıb. Alibaba həmçinin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edir ki, Damo Panda sistemini tibbi xidmətlərə məhdud çıxışı olan bölgələrdə tətbiq etsin. Bu tərəfdaşlığın məqsədi xərçəngin erkən aşkarlanmasını yaxşılaşdırmaq və səhiyyə sahəsindəki bərabərsizliyi azaltmaqdır.

lent.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi