AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Avropa Komissiyası süni intellekt gigafabrikalarına marağın böyük olduğunu açıqlayıb

01.07.2025 / Maraqlı məlumatlar

Avropa Komissiyası bu ilin əvvəlində süni intellekt (Sİ) sahəsində istifadə olunacaq gigafabrikaların qurulması üçün maliyyə vəsaitlərini səfərbər etmək planlarını təqdim etmişdi. Rəsmi müraciət çağırışı ilin ikinci yarısında reallaşacaq.

Bazar ertəsi keçirilən mətbuat konfransında Avropa İttifaqının Texnologiya komissarı Komissiyanın bu sahəyə sərmayə qoyuluşu ilə bağlı elan etdiyi maraq çağırışına “böyük əksəriyyətin” Avropadan cavab verdiyini deyib. Qlobal investorların da layihələrdə iştirakına icazə verilsə də, əsas maraq Aİ daxilindən olub. Süni intellektə investisiya üçün nəzərdə tutulan InvestAI fondu barədə yenilikləri Komissiyanın üzvü Henna Virkkunnen təqdim edib.

InvestAI fondunun ümumi həcmi 200 milyard avro olaraq müəyyənləşdirilib. Bu məbləğin 20 milyard avrosu ən mürəkkəb Sİ modellərinin birgə işlənməsi məqsədilə yaradılacaq 4-5 gigafabrikaya ayrılacaq. Layihənin əsas məqsədi kiçik və orta şirkətlərin yüksək hesablama gücünə çıxış imkanını artırmaqdır. Virkkunnenin sözlərinə görə, hazırda təqdim olunan layihə təklifləri “böyükmiqyaslı”dır və şirkətlər ümumilikdə 230 milyard avro sərmayə qoymağa hazır olduqlarını bildiriblər.

Ümumilikdə 76 müraciətin daxil olduğu bildirilir. Komissiya növbəti mərhələdə bu şirkətlərlə və Aİ-yə üzv dövlətlərlə danışıqlara başlayacaq. Rəsmi müraciət çağırışı isə ilin ikinci yarısında – Avropa Yüksək Performanslı Hesablama Birgə Təşəbbüsü çərçivəsində həyata keçiriləcək. Yeni fabriklər təxminən 100 min qabaqcıl Sİ çipi ilə təchiz ediləcək və hazırda tikilməkdə olan fabriklərdən təqribən dörd dəfə daha güclü olacaq.

InvestAI fondu vasitəsilə reallaşdırılacaq bu təşəbbüs, Avropa Komissiyasına görə, dünyada etibarlı süni intellekt inkişafına yönəlmiş ən böyük ictimai-özəl tərəfdaşlıq olacaq. Fondun maliyyələşməsi “Rəqəmsal Avropa Proqramı”, “Horizon Europe” və “InvestEU” kimi mövcud AB proqramları hesabına təmin ediləcək. ABŞ və digər ölkələrin Sİ sahəsində atdığı irihəcmli addımlar fonunda Avropa bu layihə ilə texnoloji yarışda geri qalmamaq niyyətindədir.

crossmedia.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi