AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni intellektin insan münasibətlərinə təsiri

01.07.2025 / Maraqlı məlumatlar

XXI əsrin ən mühüm texnoloji nailiyyətlərindən biri olan süni intellekt (Sİ) artıq təkcə texniki sahələrdə deyil, insan münasibətləri kimi sosial və psixoloji sahələrdə də öz təsirini göstərməyə başlayıb. İllər öncə yalnız elmi-fantastik filmlərdə təsəvvür etdiyimiz bu texnologiya, bu gün gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əmək bazarında, təhsildə, səhiyyədə tətbiq olunan Sİ indi də insan-insan münasibətlərinin qurulması, davam etdirilməsi və hətta dəyişdirilməsi prosesində mühüm rol oynayır. Aydın məsələdir ki, ixtisasından, təhsil səviyyəsindən asılı olmayaraq bir çox insan müəyyən məqamlarda Sİ-dən istifadə edir. Sİ insan fəaliyyətini olduqca sadələşdirir lakin özü ilə gətirdiyi mənfilər bu müsbətlərlə kompensasiya olurmu? 

Süni intellekt və ünsiyyətin transformasiyası:

Ənənəvi insan ünsiyyəti getdikcə daha çox texnologiyanın vasitəçiliyi ilə baş verir. Artıq bir çox insan gündəlik suallarını, problemlərini həll etmək və hətta emosional dəstək almaq üçün çatbotlara və səsli köməkçilərə (məsələn, ChatGPT, Siri, Alexa) müraciət edir. Bu, əlbəttə, əlverişli və zaman baxımından qənaətlidir. Lakin bu cür texnoloji vasitəçilik insan münasibətlərində birbaşa emosional təmasının zəifləməsinə səbəb ola bilər. İllərlə inkişaf edən empatiya, səbir və dinləmə kimi sosial bacarıqlar bu prosesdə arxa plana keçməkdədir. Və artıq insanlar real söhbət komponenti yerinə süni intellekt robotlarını üstün tutur.

Sosial media platformaları süni intellekt alqoritmləri ilə idarə olunur. Bu alqoritmlər istifadəçilərin davranışlarını təhlil edərək onlara uyğun dostluq təklifləri, paylaşım tövsiyələri və hətta romantik əlaqələr üçün tanışlıqlar təqdim edir. Bu, bir tərəfdən insanların oxşar maraqlara malik şəxslərlə daha asan əlaqə qurmasını təmin etsə də, digər tərəfdən bu münasibətlərin təbiiliyinə və səmimiliyinə təsir edə bilər. İnsanlar bəzən real duyğularla deyil, sistemin təqdim etdiyi “uyğunluq” meyarlarına əsasən qərarlar verməyə başlayırlar.

Romantik münasibətlərdə süni intellektin rolu

Tanışlıq tətbiqləri (məsələn, Tinder, Bumble və digərləri) Sİ-nin romantik münasibətlər sahəsində necə güclü təsirə malik olduğunu göstərir. Bu tətbiqlər insan davranışlarını və seçimlərini analiz edərək uyğun partnyorlar təqdim edir. Bəzi hallarda bu texnologiyalar uğurlu münasibətlərin yaranmasına şərait yaratsa da, digər hallarda bu proses emosional bağların dərinliyinə mənfi təsir göstərir. Münasibətlərin algoritmlərlə yönəldilməsi insanları seçim azadlığından uzaqlaşdıra, əlaqələri səthi və tez sıradan çıxan hala gətirə bilər.

Tənhalıq və sosial robotlar

Sİ sosial robotlar və çat-botlar vasitəsilə xüsusilə tənha, yaşlı və psixoloji çətinliklər yaşayan insanlar üçün yeni bir ünsiyyət forması yaradıb. Məsələn, Replika kimi tətbiqlər istifadəçilərə daim ünsiyyət quracaq bir “dost” təklif edir. Bu texnologiya müəyyən hallarda depressiya və sosial təcrid hallarında müsbət təsir göstərsə də, uzunmüddətli perspektivdə insanların real münasibətlərdən uzaqlaşmasına səbəb ola bilər.

Süni intellektin insan münasibətlərinə təsiri yalnız texnoloji və psixoloji deyil, həm də sosial və etik məsələləri gündəmə gətirir. Məsələn, şəxsi məlumatların toplanması və istifadəsi, emosional manipulyasiya, real və süni münasibətlər arasındakı sərhədlərin pozulması kimi risklər mövcuddur. Cəmiyyətlər bu məsələlərə hüquqi və mənəvi aspektlərdən yanaşmalı, tənzimləyici mexanizmlər üzərində düşünməlidir.

Sİ-nin insan münasibətlərinə təsiri müasir dövrün ən aktual və kompleks məsələlərindən biridir. Bu texnologiya ünsiyyəti asanlaşdırsa və yeni imkanlar açsa da, insan təbiətinin ehtiyac duyduğu real, səmimi və empatik münasibətləri tam əvəz edə bilmir. Ona görə də cəmiyyət, texnologiyanı düzgün və balanslı şəkildə istifadə etməyi öyrənməlidir. Əks halda, süni intellekt həyatımızı rahatlaşdırmaqdan çox, sosial əlaqələrimizi zəiflədə bilər.

crossmedia.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi