
Dissertasiya işinin müdafiəsi keçirilib
30.06.2025 / Xəbərlər
30 iyun 2025-ci il tarixində AR ETN İdarəetmə Sistemləri institutunun nəzdindəki ED 1.20 Dissertasiya şurasının iclasında Səyyarə Qismətəli qızı Hidayətzadənin 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə “Ceyranbatan su anbarının ekoloji təhlükəsizliyinə nəzarət edən intellektual informasiya sisteminin işlənməsi” mövzusunda Texnika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirilib. Sonda Dissertasiya şurasının qərarı ilə dissertasiya işinə müsbət rəy verilib.


