AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Çində damar üzərindən uğurla beyin çipi implantasiya edilib

02.07.2025 / Maraqlı məlumatlar

Çinin Nankay Universitetindən olan alimlər dünyada ilk dəfə olaraq qan damarları vasitəsilə implantasiya edilmiş beyin-kompüter interfeysinin(BCI) uğurlu sınağını həyata keçiriblər. Bu az invaziv prosedur insult nəticəsində 6 ay əvvəl bədəninin bir tərəfi iflic olmuş 67 yaşlı kişiyə qolunun hərəkətliliyini yenidən bərpa etməyə kömək edib. Minimal invaziv əməliyyat boyundakı vena vasitəsilə beyinin qan damarlarına içərisində son dərəcə nazik elektrodlar yerləşdirilmiş stentin daxil edilməsindən ibarət olub. Cəmi 50 mikrometr qalınlığında olan bu elektrodlar sinə nahiyəsində dərialtı yerləşdirilmiş naqilsiz qurğu ilə birləşdirilib və bu da beyin dalğalarını (EEQ siqnallarını) oxumağa və ötürməyə imkan verir.
Komanda BCI sistemini funksional elektrik stimulyasiyası ilə birləşdirir ki, bu da real vaxtda xəstənin hərəkət fəaliyyətini dəstəkləyir və beynin neyroplastikliyini təşviq edir. Bu texnologiya sayəsində pasient heç bir əlavə fəsad - infeksiya və ya tromboz olmadan, öz istəyi ilə əşyaları tutmağı və gündəlik tapşırıqları yerinə yetirməyi öyrənib. Əvvəllər alimlər bu texnologiyanı heyvanlar üzərində uğurla tətbiq etmişdilər: 2022-ci ildə bir qoyun beyin-kompüter interfeysi sayəsində hərəkətləri idarə edə bilmiş, 2023-cü ildə isə implantasiya olunmuş elektrodlarla təchiz edilmiş bir meymun robotlaşdırılmış əl vasitəsilə müstəqil şəkildə qidalanmağı öyrənmişdi.
Bu arada, ABŞ-da milyarderlər Bill Gates və Jeff Bezos tərəfindən dəstəklənən Synchron şirkəti insanlar üzərində 10 az invaziv əməliyyat həyata keçirib. Lakin bu şirkətin BCI texnologiyası əsasən pasientlərə rəqəmsal cihazları - sosial şəbəkələri, musiqi və Apple cihazlarında oyunları - idarə etməkdə kömək edir. Çinli alimlər isə diqqətlərini bədən hissələrinin tam hərəkət qabiliyyətinin bərpasına yönəldiblər. Texnologiyanın kütləvi tətbiqinə doğru atılmış mühüm addım Çində BCI prosedurları üçün yeni sığorta kateqoriyalarının yaradılması və regional səviyyədə qiymətqoyma üzrə rəhbər prinsiplərin təsdiqlənməsi olub. Bu addım texnologiyanın pasientlər üçün əlçatanlığını artıracaq və sahənin daha da inkişafını stimullaşdıracaq.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi