AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Google DeepMind "Minilliyin 7 Problemi"ndən birinin həllinə çox yaxındır

03.07.2025 / Maraqlı məlumatlar

Riyaziyyatçı Javier Gomez Serrano Navye-Stokstənliyini həll etməyə çalışmaq üçün GoogleDeepMind-ın alimlər komandasında yer alıb. Bu tənlik, Kley Riyaziyyat İnstitutunun həllinə görə şöhrət və 1 milyon dollar mükafat vəd etdiyi "Minilliyin 7 Problemi"ndən biridir. Məlumatlara görə, Google DeepMind komandası artıq 3 ildir ki, bu məsələ üzərində tam məxfi şəkildə çalışır və həllə çox yaxınlaşıb. Bu barədə Braun Universitetində dərs deyən Serrano danışıb. Bu məsələnin həlli, maye və qazların hərəkətinin proqnozlaşdırılmasının vacib olduğu bütün sahələrdə - hava proqnozu, aviasiya, tibb və digər sahələrdə - inqilabi irəliləyiş ola bilər. Məsələ 19-cu əsrin birinci yarısında formalaşdırılıb. Fransız riyaziyyatçı Henri Navier və irlandiyalı GeorgeGabriel Stokes bir-birindən müstəqil şəkildə, özlü (viskoz) Nyuton mayelərinin hərəkətini təsvir edən tənliklər nəşr ediblər.
Bu tənliklər hidrodinamikada mühüm rol oynayır və hava hadisələrinin proqnozlaşdırılması, aviasiya uçuşları və insan orqanizmində qan dövranının modelləşdirilməsi üçün zəruridir. Böyük riyazi zəkalar bu problemi həll etməyə çalışaraq akademik həyatlarının ən yaxşı illərini bu işə həsr ediblər. 2014-cü ildə Kaliforniya Texnologiya İnstitutundanThomas Hou-nun komandası problemi sadələşdirməklə böyük bir irəliləyiş əldə etdi. Hou-nun qrupu Navye–Stoks tənliklərini deyil, 1752-ci ildə Leonhard Euler tərəfindən təklif olunmuş və özlü olmayan ideal mayelərin hərəkətini təsvir edən daha erkən versiyanı istifadə etdi. Serrano-nun komandası bu həlli dəqiqləşdirmək üçün süni zəka üsullarından istifadə edib. 3 il əvvəl dərc olunmuş nəticələr elmi ictimaiyyət tərəfindən problemin həllinin labüd şəkildə tapılacağına dair bir siqnal kimi qəbul olunub.
“Navye-Stoks məsələsi inanılmaz dərəcədə çətindir. Ənənəvi riyaziyyatla insanlar bu sahədə uğur əldə edə bilməyiblər. Bizim strategiyamızı digərlərindən fərqləndirən süni zəkadan istifadə etməyimizdir. Bu bizim üstünlüyümüzdür və düşünürük ki, bu yanaşma nəticə verə bilər. Mən nikbinəm, irəliləyiş çox sürətlidir” - deyə o, etiraf edir. Onun fikrincə, bu problemin həlli qarşımızdakı 5 il ərzində ortaya çıxa bilər. Serrano-nun fikrincə, dünyada bu sirrin həlli uğrunda ciddi şəkildə yarışan cəmi 3 başqa qrup var: yuxarıda adı çəkilmiş Kaliforniyadan Thomas Hou, misirli Tarek Elgindi ilə italiyalı Federico Pasqualotto-nun ABŞ-da fəaliyyət göstərən tandemi və 10 ildən çox əvvəl Serrano-nun Madrid şəhərindəki Riyaziyyat Elmləri İnstitutundaelmi rəhbəri olmuş ispaniyalı Diego Cordoba-nın başçılıq etdiyi qrup.
technote.az
Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi