AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Meta superzəkanın yaradılması üçün xüsusi laboratoriyasını formalaşdırıb

03.07.2025 / Maraqlı məlumatlar

Meta şirkətinin rəhbəri Mark Zuckerberg sünizəkanın növbəti nəslinin inkişafı ilə məşğul olacaq yeni bölmə - Superintelligence Labs-ın (MSL) yaradıldığını elan edib. Bu laboratoriyaya Scale AI şirkətinin keçmiş baş direktoru Alexandr Wang və GitHub-un sabiq rəhbəri Nat Friedman rəhbərlik edəcəklər. Yeni struktur əsas süni zəka modelləri üzərində çalışan komandaları - o cümlədən açıq platforma olan Llama, Meta-nın məhsulları və Fundamental AI Research (FAIR) layihələrini - birləşdirəcək. Bildirilir ki, Meta OpenAI və Google ilə rəqabət fonunda süni zəka komandalarını fəal şəkildə gücləndirməyə davam edir. İyun ayında şirkət Alexandr Wang və onun həmkarlarını işə götürüb, Scale AI-yə isə 14.3 milyard dollar investisiya yatırıb.
Layihəyə həmçinin daha əvvəl OpenAI-nin həmtəsisçisi Ilya Sutskever tərəfindən yaradılmış Safe Superintelligence startapına rəhbərlik etmiş Nat Friedman və onun tərəfdaşı Daniel Gross da qoşulublar. Meta həmin startapı almağa cəhd etsə də, rədd cavabı alıb. Zuckerberg çıxışında qeyd edib ki, Meta superzəka yaratmaq sahəsində lider olmağa çalışır və bu, bəşəriyyət üçün yeni bir dövrün başlanğıcı olacaq. Wang və Friedman-la yanaşı, komandaya GPT-4o və Gemini layihələrinin aparıcı tərtibatçıları da daxil olublar.
Onların arasında GPT-4o-nun səs rejiminin yaradıcıları, şəkil generasiya arxitekturası üzrə mühəndislər və neyron şəbəkələrin öyrədilməsi üzrə mütəxəssislər də yer alırlar. Bildirilib ki, şirkət Llama 4.1 və 4.2 modellərinin inkişafını davam etdirəcək. Bu modellər artıq Meta-nın 1 milyarddan çox istifadəçisi olan məhsullarında tətbiq olunur. Eyni zamanda, növbəti nəsil süni zəka modelləri üzərində də iş başlayacaq. Zuckerberg vurğulayıb ki, Meta süni zəkanı geniş miqyasda tətbiq etmək üçün unikal resurslara malikdir. Bunlara hesablayıcı güc və geniş istifadəçi bazası üçün məhsullar yaratmaq təcrübəsi daxildir. O həmçinin əminliyini ifadə edib ki, istedadlı mütəxəssislərin axını hər bir istifadəçi üçün fərdi superzəkanın daha sürətli inkişafına imkan verəcək.
technote.az
 
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi