Clarivate Analytics eksperti İSİ-nin əməkdaşları ilə təlim keçirdib
03.10.2019 / Xəbərlər03 oktyabr 2019-cu il tarixində Clarivate Analytics şirkətinin Elmi İnformasiya Resursları üzrə eksperti Ineş Kenjina İSİ-də "Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyyələr" və “Yırtıcı jurnallarla mübarizə” adlı təlimlər keçirdib . İneş Kenjina nüvə fizikası sahəsində 20- dən çox Web of Science indeksli məqalənin müəllifidir.
Təlim zamanı İneş “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı təlim iştirakçılarını məlumatlandırıb. Sonda iştirakçıların sorğu- suallarını cavab verib.