AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Kainatda orqanik molekulların miqdarı gözlənildiyindən daha çox imiş

03.07.2025 / Maraqlı məlumatlar

 

Yer üzərində həyatın mənşəyi müasir elmin hələ də cavablandıra bilmədiyi əsas sirrlərdən biridir. Həyat nə vaxt yaranır, onun "toxumları" haradan gəlir və orqanik maddələrin sintezi üçün ilkin kimyəvi proseslər harada başlayır? Planetlərin səthindəki qidalı mühitlərdə, yoxsa kosmosun soyuq dərinliklərindəmi? Son müşahidələr göstərir ki, ikinci ehtimal -yəni kosmik mənşəli həyat - getdikcə daha çox təsdiqini tapır və bu da kainatda həyatın hər yerdə mövcud ola biləcəyinə işarə edir. Bu kəşfi amerikalı astronomlardan ibarət birgə tədqiqat qrupu edib. Onlar məlumat toplamaq üçün dünyanın ən iri dönən radioteleskoplarından birini - diametri 100 metr olan Green Bank teleskopunu (GBT) istifadə ediblər. Bu teleskop ABŞ-ın Qərbi Virciniya ştatının Green Bank bölgəsində yerləşir. Alimlər Yerdən təxminən 430 işıq ili uzaqlıqda yerləşən Taurus molekulyar buludundan (TMC-1) mikrodalğalı şüalanma toplayıblar.
Spektrləri təhlil edərək, onlar bu soyuq qalaktikalararası qaz buludunda orqanik molekullar axtarıblar və bu molekulları tapıblar. Radioteleskopun məlumatlarında statistik səhv ehtimalını aşan dəqiqliklə sianokoronen aşkar edilib. Bu maddə politsiklik aromatik karbohidrogen (PAK) adlanan birləşmələrə aiddir. “PAK-ların kainatda karbonun əhəmiyyətli hissəsini saxladığı və ulduzlar ilə planetlərin yaranmasına gətirib çıxaran kimyəvi proseslərdə əsas rol oynadığı hesab olunur” - deyə ABŞ Milli Radioastronomiya Rəsədxanasınınnümayəndələri rəsmi açıqlamada bildiriblər. İndiyə qədər kosmosda yalnız daha kiçik ölçülü PAK-lar aşkar olunmuşdu, lakin bu yeni kəşf onların ölçü limitlərini əhəmiyyətli dərəcədə genişləndirir”. Sianokoronen bir-biri ilə birləşmiş 7 benzol halqasından ibarət simmetrik quruluşa malik molekulyar birləşmədir və ona sian qrupu (karbon və azot birləşməsi) əlavə olunub.
Bu, kifayət qədər mürəkkəb molekulyar quruluşdur və onu əsasən ekzoplanetlərin atmosferində və ya inkişaf etmiş ulduz sistemlərində tapmaq gözlənilə bilərdi. Lakin aparılmış bu tədqiqatda sianokoronen heç bir planet və ya sistemə yaxın olmayan, ulduzlararası soyuq qaz buludunda aşkar edilib. “Bu o deməkdir ki, mürəkkəb orqanik birləşmələrin yaranmasına səbəb olan kimyəvi proseslər ulduzların doğulmasından əvvəl də baş verə bilər” - deyə tədqiqatçılar yazır və vurğulayırlar ki, bu cür prebiotik molekullar ulduzların və planetlərin formalaşmasının erkən mərhələlərində geniş yayılmış komponent ola bilər. Kainatda orqanik maddələr hər yerdə mövcuddur və bu, həyatın Yer planetindən başqa bir yerdə də mövcud ola biləcəyinə işarə edə bilər. “Hər yeni kəşf bizi kainatda mürəkkəb orqanik kimyanın mənşəyini və bəlkə də həyatın əsas quruluş elementlərinin haradan gəldiyini anlamağa bir addım da yaxınlaşdırır” - deyə tədqiqatçılar yekunlaşdırıblar.
technote.az
Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi