AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Google-un məlumat mərkəzləri rekord həddə enerji sərf edirlər

04.07.2025 / Maraqlı məlumatlar

Süni zəka əladır. Amma bir nüans var: bu çatlar, şəkil generatorları və axtarış sistemləri elə bil sabah olmayacaqmış kimi elektrik enerjisi sərf edirlər. Bunu Google özü yenicə təsdiqləyib. Şirkət yeni Davamlıİnkişaf Hesabatında etiraf edib ki, 2024-cü ildə onun məlumat mərkəzləri 30.8 milyon meqavat-saat (MVs) elektrik enerjisi sərf edib. Ölçünü anlamaq üçün: bu, 2020-ci illə müqayisədə 2 dəfə çoxdur (14.4 milyon MVs) və 2014-cü illə müqayisədə isə 7 dəfə çoxdur (4 milyon MVs). Səbəb? Təbii ki, süni zəka və bulud xidmətləri. Google-un ümumi elektrik enerjisi istehlakı təkcə 1 ildə 27% artıb, halbuki 2023-cü ildə bu artım 17% idi. Bununla belə, şirkət ekoloji bir “canavar”a çevrilməməyə çalışır.
Onların sözlərinə görə, məlumat mərkəzlərinin optimallaşdırılması və təmiz enerjiyə keçid sayəsində CO2 emissiyaları 1 il ərzində 12% azalıb. Enerji istehlakı səmərəliliyi göstəricisi (PUE) nəzəri həddə - 1.09-a yaxınlaşıb (xatırladaq ki, ideal göstərici 1.0-dır, lakin bu, demək olar ki, əldəolunmazdır). Google fəxrlə bildirir ki, artıq 2018-ci ildən bəri elektrik enerjisi istehlakını tamamilə bərpa olunan enerji mənbələri ilə qarşılayır. 2024-cü il ərzində bu yanaşma 8.2 milyon ton CO2 emissiyasının qarşısını almağa kömək edib. Şirkət əlavə olaraq 8 giqavatlıq yaşıl enerji üçün 60 yeni müqavilə imzalayıb.
 
     
Bunlar arasında Nevadadakı geotermal stansiya, Cənubi Karolina və Oklahomadakı günəş paneli fermaları, həmçinin gələcək mini nüvə reaktorları da var. Bəli, Google artıq atom enerjisi barədə düşünür. Gələcək planlar isə daha maraqlıdır. Şirkət "karbon-intellektual hesablamalar" adlanan yeni yanaşmanı test edir. Bu yanaşmanın mahiyyəti ondadır ki, hesablama tapşırıqları elektrik enerjisinin daha təmiz olduğu regionlara və ya sutkanın saatlarına ötürülür. Amma indi hər bir sorğu, istər çatda yazı, istər şəkil generasiyası qlobal enerji balansında daha bir kiçik damla deməkdir. Google yaşıl enerji üçün əlindən gələni etdiyini desə də, rəqəmlər sadə bir həqiqəti göstərir: süni zəka dövrü düşündüyümüzdən qat-qat çox enerji tələb edir.
technote.az
Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi