
İdarəetmə Sistemləri İnstitutunda fərq və ixtisas fənlərindən doktorluq imtahanları keçirilmişdir
04.07.2025 / Mühüm xəbərlər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasovun “Yay imtahan sessiyasının keçirilməsi haqqında” əmrinə uyğun olaraq İdarəetmə Sistemləri İnstitutunda 2025-ci ilin yay imtahan sessiyasında fərq və ixtisas fənlərindən doktorluq imtahanlarının qəbulu məqsədilə İnstitutun icraçı direktoru v.m.i.e., texnika elmləri doktoru, dosent Elxan Səbziyevin və AMEA-nın müxbir üzvü İsmayıl İsmayılovun sədrliyi ilə imtahan komissiyaları yaradılmışdır.
13, 20 iyun və 3 iyul 2025-ci il tarixlərində “Texnikanın əsasları” ümumelmi fənnindən fərq imtahanı, 3337.01 – “İnformasiya ölçmə və idarəetmə sistemləri” və 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisaslarından doktorluq imtahanları keçirilmişdir. İmtahanlarda 3 iddiaçı iştirak etmişdir.
İmtahan sessiyası başa çatmışdır.


