AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Google-da məlumat axtarışı kreativliyi boğa bilər

07.07.2025 / Maraqlı məlumatlar

Karnegi Mellon Universitetinin (CMU) mütəxəssisləri internetə çıxışın insan yaradıcılığına təsirini araşdırıblar. Məlum olub ki, Google vasitəsilə məlumat axtarma imkanı yaradıcılığı həm stimullaşdıra, həm də boğa bilər. İnsanlar baş verən dəyişikliklərə effektiv uyğunlaşmaq üçün yeni ideyalar irəli sürməyi və problemlərə yaradıcı yanaşmağı bacarmalıdırlar. Bu tip yaradıcılıq, insanların müəyyən düşüncə tərzinə ilişib qaldığı, yəni konkret nümunələr və ya ideyalarla qarşılaşdıqları üçün düşüncə dövrəsinə düşdükləri “fiksasiya effekti” ilə əlaqələndirilir. “Ümid edirik ki, insan düşüncəsinin istifadə olunan texnologiyalarla necə qarşılıqlı əlaqədə olduğunu öyrənmək, internetin mənfi təsirlərini minimuma endirərək ondan maksimum fayda əldə etməyin yollarını tapmağa kömək edəcək. Düşünürəm ki, cəmiyyət səviyyəsində üzləşdiyimiz daha genişmiqyaslı və mürəkkəb problemləri həll etmək üçün real müxtəliflikdən və geniş həll spektrindən istifadə etmək, qrupların müxtəlif strategiyalar hazırlamasını tələb edir” - deyə fəlsəfə doktoru və tədqiqatın müəlliflərindən biri Mark Patterson bildirib.
Tədqiqatçılar müxtəlif məsələləri araşdırıblar, o cümlədən internetə çıxışın və Google axtarış sistemindən istifadənin fərdi və qrup yaradıcılığına necə təsir etdiyini. Onlar anlamaq istəyiblər ki, internetdə məlumatlara çıxış yaradıcı ideyaların irəli sürülməsinə kömək edir, yoxsa maneə törədir - xüsusilə də kollektiv iş zamanı. Bu məqsədlə 18-22 yaş aralığında olan 244 universitet tələbəsi seçilib və onlar təsadüfi şəkildə Google-a çıxışı olan və olmayan qruplara bölünüblər. Respondentlərdən qalxan və ya çətirin yeni istifadə yollarını düşünmələri istənilib və onlara mümkün qədər çox variant sadalamaq üçün 3 dəqiqə vaxt verilib. Tədqiqatçılar hər bir iştirakçının cavablarının sayını və keyfiyyətini (fərdi yaradıcılıq), həmçinin bir neçə nəfərin birgə cavablarını (qrupyaradıcılığı) qiymətləndiriblər. Fərdi effektivlik baxımından nəticələr birmənalı olmayıb. Google çoxlu məlumat təqdim etdiyi hallarda, məsələn, çətirlərlə bağlı, internetə çıxışı olan iştirakçılar daha çox ideya irəli sürüblər.
Əksinə, Google az məlumat verdikdə, məsələn, qalxanlarla bağlı, ideyaların sayı az olub və internetə çıxış heç bir üstünlük yaratmayıb. Qruplarda isə internetə çıxışı olan iştirakçılar daha müxtəlif və unikal ideyalar yaradıblar, xüsusilə də qrupun ölçüsü artdıqca. Bununla belə, Google-a çıxışı olan qruplar tez-tez eyni ideyalara qayıdıblar ki, bu da təkrarçılığa və müxtəlifliyin azalmasına səbəb olub. İnternetə çıxışı olmayan qruplar isə əsasən bir nəfərin irəli sürdüyü ideyaları inkişaf etdiriblər ki, bu da kollektiv yaradıcılığı təşviq edib. İdeyaların keyfiyyətini qiymətləndirmək üçün tədqiqatçılar iştirakçıların cavablarını 3 meyar üzrə dəyərləndiriblər: ideyanın nə dərəcədə faydalı olması (effektivlik), nə dərəcədə gözlənilməz olması (yenilik) və nə dərəcədə yaradıcı olması. Nəticədə müəyyən edilib ki, internetə çıxışı olmayan qruplar əksər hallarda Google axtarış sisteminə çıxışı olan qrupları üstələyiblər və ya onlarla eyni səviyyədə olublar. Google-dan istifadə etməməyin üstünlükləri xüsusilə yaradıcılıq və effektivlik baxımından daha aydın olub, lakin yenilik baxımından bu fərq o qədər də nəzərəçarpan olmayıb.
 Bu tədqiqatın müəyyən məhdudiyyətləri olsa da, onun nəticələri praktiki baxımdan əhəmiyyət daşıya bilər. Tədqiqatçılar müəyyən ediblər ki, fərdi olaraq insanlar internet axtarış sistemlərindən faydalana bilirlər. Eyni zamanda, eyni alətlərdən istifadə edən qruplar tez-tez bir-birini təkrarlayan ideyalar yaradır və yaradıcı müxtəlifliyi itirirlər. İnternetdən beyin fırtınası zamanı istifadə etmək konformizmə və yenilikçiliyin azalmasına gətirib çıxara bilər, xüsusilə də böyük qruplarda. Bir çox ictimai problemlərin həlli üçün yeni və qeyri-standart düşüncə tələb olunur, buna görə də əgər hər kəs eyni onlayn mənbələrə müraciət edərsə, yaradıcı nəticələr vahid və standartlaşmış ola bilər ki, bu da genişmiqyaslı problemlərin həllinə mane ola bilər. Tədqiqatçılar insanlara internet axtarış sistemlərindən istifadədən tamamilə imtina etməyi tövsiyə etmirlər, çünki bu alətlərin yaradıcılığı boğacağı qorxusu həddindən artıqdır. Onların fikrincə, əsas məsələ bu imkanların təkmilləşdirilməsi və daha səmərəli istifadəsidir. “İnternet bizi axmaq etmir, sadəcə bəlkə də biz ondan faydasız şəkildə istifadə edirik” - deyə tədqiqatın müəlliflərindən biri qeyd edib.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi