AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Qanda natrium səviyyəsinin iynəsiz ölçülməsi üçün yeni texnologiya hazırlanıb

07.07.2025 / Maraqlı məlumatlar

Tianjin Universitetinin tədqiqatçıları natrium səviyyələrinin iynə və ya qan nümunəsi olmadan uzunmüddətli və dəqiq monitorinqini mümkün edən yeni qeyri-invaziv texnologiya təqdim ediblər. Tədqiqatçılar terahertz (THz) radiasiyasını və optoakustik (OA) aşkarlamanı birləşdirərək, qandakı natriumun real vaxtda ölçülməsinə imkan verən multispektral terahertz optoakustik sistem inkişaf etdiriblər.

“Science Daily” xəbər verir ki, yeni texnologiya ənənəvi üsulları məhdudlaşdıran əsas problemlərdən biri - terahertz radiasiyasının suda güclü şəkildə udulması çətinliyini effektiv şəkildə aradan qaldırır. Nəticədə, bu metod canlı orqanizmlərdə suyun yaratdığı siqnal müdaxiləsini minimallaşdıraraq natrium ionlarının in vivo aşkarlanmasına imkan verir. Bu yanaşma təkcə qan natrium səviyyələrinin qeyri-invaziv diaqnostikasını deyil, həm də müxtəlif biomolekulların (məsələn, şəkərlər, zülallar və fermentlər) identifikasiyasını təmin etmək potensialına malikdir.

Tədqiqat “Optica Publishing Group”un “Optica” adlı qabaqcıl elmi jurnalında dərc olunub. Burada sistemin siçanlar və insan könüllülər üzərində sınaqları təsvir olunur. Siçanlarda aparılan təcrübələrdə texnologiya 30 dəqiqədən artıq müddət ərzində milli saniyəlik zaman dəqiqliyi ilə natrium səviyyələrindəki dəyişiklikləri ölçə bilib. Ölçmələr dəri səthinin 8°C-ə qədər soyudulması ilə aparılıb ki, bu da sudan gələn fon siqnallarının zəiflədilməsinə kömək edib. İnsan qan nümunələri və sağlam könüllülər üzərində aparılan ilkin sınaqlar da texnologiyanın effektivliyini təsdiqləyib. Sistem natrium səviyyələrindəki fərqləri qeyri-invaziv şəkildə ayırd edə bilib və siqnalın gücünün dərialtı qan axını ilə mütənasib olduğunu nümayiş etdirib. Bu nəticələr sistemin real vaxt monitorinqi üçün praktiki tətbiq potensialını göstərir.

Tədqiqat qrupunun rəhbəri Zhen Tian bildirir ki, texnologiya natrium səviyyələrinin iynə olmadan izlənməsi ilə yanaşı, kritik vəziyyətdə olan xəstələrdə elektrolit balanssızlıqlarının təhlükəsiz şəkildə aradan qaldırılmasına və nevroloji fəsadların qarşısının alınmasına kömək edə bilər. Gələcək tədqiqatlarda tədqiqatçılar soyutmaya ehtiyac olmadan su fon səs-küyünü azaltmağa imkan verən yeni siqnal emal texnologiyalarını araşdırmağı və insan orqanizminin uyğun anatomik bölgələrində – məsələn, ağız boşluğunda tətbiqi imkanlarını genişləndirməyi planlaşdırırlar.

Bu yenilik biotibbi diaqnostikada terahertz texnologiyasının praktik tətbiqi istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi