AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İltihabı idarə edən yeni texnologiya – “ağıllı” yara sarğısı hazırlanıb

08.07.2025 / Maraqlı məlumatlar

Sürix Universiteti tədqiqatçıları xroniki yaraların sağalmasını sürətləndirə biləcək yenilikçi hidrogel texnologiyası hazırlayırlar.

“MedicalXpress” portalı xəbər verir ki, xroniki yaralar, xüsusilə diabet və qan dövranı pozğunluqları ilə əlaqəli dəri zədələnmələri dünya üzrə milyonlarla insan üçün ciddi sağlamlıq problemi olmaqla yanaşı, səhiyyə sistemlərinə də milyardlarla dollarlıq illik yük gətirir. Doktorant Börte Emiroğlu problemin qarşısını almağa yönəlmiş innovativ texnologiya üzərində çalışır. Emiroğlunun rəhbərliyi ilə hazırlanan selektiv süngərəbənzər hidrogel əsaslı “ağıllı” yara sarğıları, toxumalardakı iltihab siqnallarını azaldır və eyni zamanda, sağalma proseslərini aktiv şəkildə təşviq edir. Bu texnologiya yaranı yalnız passiv şəkildə örtməkdən fərqli olaraq, bioloji prosesi yönləndirmək məqsədi daşıyır.

Tədqiqat Makromolekulyar Mühəndislik Laboratoriyasında aparılır. Emiroğlu burada həmkarı Apurv Sinqh ilə birlikdə “Immunosponge” adlı startapı təsis edərək texnologiyanın kommersiyalaşdırılması istiqamətində ilk addımlarını atıb. Yeni yara sarğı texnologiyasının əsasını mikrogel hissəcikləri təşkil edir. Bu hissəciklər birləşərək yumşaq, süngərə bənzər struktura malik olur və yalnız iltihab törədən molekulları seçici şəkildə “udur”. Beləliklə, sarğı zərərli molekulları çıxararkən sağalmanı təşviq edən siqnalların qalmasını təmin edir.

“Biz yaranı iltihablı vəziyyətdən çıxarmaq və toxumalara “bərpa vaxtıdır” mesajını vermək istəyirik”, – deyə Emiroğlu bildirir. Onun sözlərinə görə, bu texnologiya təbiətdəki maddə mübadiləsi və hüceyrəarası əlaqə prinsiplərindən ilham alır. Hazırda tədqiqatçılar bu texnologiyanı xroniki dəri yaraları üzərində sınayırlar, lakin onun gələcəkdə qığırdaq, sümük və vətər kimi digər toxuma növlərinin sağalmasında da potensial tətbiqi mövcuddur. Bu, xüsusilə, qan dövranının zəif olduğu toxumalarda effektiv regenerasiyanı təşviq etmək üçün vacib ola bilər.

Ənənəvi yara sarğılarından fərqli olaraq, “Immunosponge”un texnologiyası yaranın əsas molekulyar səbəblərini hədəfləyir və erkən müdaxilə üçün nəzərdə tutulub. Emiroğlunun sözlərinə görə, layihənin uğuru yalnız elmi əsaslı yanaşmadan deyil, həm də klinik tələblərin və bazar ehtiyaclarının dərindən anlaşılmasından asılıdır.

Startapın növbəti mərhələsi klinik sınaqlara və texnologiyanın daha geniş tətbiq sahələrinin araşdırılmasına yönələcək. Beş və ya on il ərzində “Immunosponge”un bazara hazır məhsul təqdim edəcəyi gözlənilir.

azertag.az

Tweet
ELANLAR
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
  • 06.03.2026
    07–08 may 2026-cı il tarixlərində “Magistrantların XV Regional konfransı” keçiriləcək
  • 05.03.2026
    “8 Mart” Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi