AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İflic olan xəstələr üçün beyin çipləri ilə nəzarət imkanları artır

08.07.2025 / Maraqlı məlumatlar

Çində beyin-kompüter interfeysləri (BCI) sahəsində aparılan tədqiqatlar və klinik sınaqlar sürətlə genişlənir. Son illərdə ölkə bu texnologiyaya böyük investisiyalar ayıraraq iflic insanların motor funksiyalarına nəzarətini bərpa etməyə yönəlmiş innovativ cihazlar üzərində işləyir. Çində bu sahəyə maraq və fəaliyyətin artması ABŞ-ın aparıcı şirkətləri ilə rəqabətə səbəb olub. Çin hökuməti bu sahəni strateji innovasiya istiqaməti kimi müəyyənləşdirib və müxtəlif dövlət fondları vasitəsilə maliyyə dəstəyi göstərir. Şanxay Texnologiya Universitetinin nevroloqu Yuanninq Li qeyd edir ki, bu texnologiyaların inkişafı üçün ölkədə yetərli tibbi infrastruktur və geniş əhali mövcuddur.

“Nature” jurnalı xəbər verir ki, tədqiqatlar çərçivəsində hazırlanmış cihazlardan biri olan NEO adlı simsiz və minimal invaziv implant pnevmatik əlcək ilə birləşdirilərək iflicli şəxslərin əl hərəkətlərini bərpa etməyə imkan verir. Sinxua Universitetindən Honq Bo bildirir ki, 2023-cü ildə cihaz yerləşdirilən ilk xəstə tutma gücünü bərpa edib və gündəlik fəaliyyətlərində ondan istifadə edə bilib. İndiyədək bu implant 20 nəfərə tətbiq edilib. NEO komandası neyromorfik çiplərdən istifadə etməklə çipin ölçüsünü kiçildib, enerji sərfini azaldaraq, məlumat emalını sürətləndirib. Bu texnoloji yanaşma barədə nəticələr “Nature Electronics” jurnalında dərc olunub.

Eyni zamanda, Şanxayda yerləşən “NeuroXess” şirkəti epilepsiya xəstəsi olan qadının beyninə 256 zond yerləşdirərək onun sosial media tətbiqlərindən istifadə və əlil arabasını idarə etməsini təmin edib. Bu təcrübə daha mürəkkəb hərəkətlərin idarə olunması istiqamətində əhəmiyyətli irəliləyiş hesab olunur.

Tədqiqatçıların fikrincə, bu texnologiyalar gələcəkdə yalnız Çində deyil, bütün dünyada iflicli və digər neyroloji xəstəliklərdən əziyyət çəkən insanlara fayda verə bilər. Bununla yanaşı, bu sahədəki sınaqların çoxu hələlik erkən mərhələdədir və müvafiq elmi nəşrlərlə nəzərdən keçirilməyib.

azertag.az

Tweet
ELANLAR
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
  • 06.03.2026
    07–08 may 2026-cı il tarixlərində “Magistrantların XV Regional konfransı” keçiriləcək
  • 05.03.2026
    “8 Mart” Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi