AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir

11.07.2025 / Maraqlı məlumatlar

Stanford Universitetinin alimləri orqanların bioloji yaşını müəyyən etməyə imkan verən yeni üsul hazırlayıblar. Araşdırmaya görə, orqanların, xüsusilə də beynin bioloji yaşı insanın ömür uzunluğu və müxtəlif xəstəliklərə tutulma riski ilə sıx bağlıdır.

Professor Tony Vyss-Coray və komandası tərəfindən aparılan araşdırma “Nature Medicine” jurnalında dərc olunub. Alimlər 40-70 yaş arasında 44 min 498 nəfərin qan nümunələrini analiz edərək 11 orqan sisteminin, beyin, ürək, böyrəklər, qaraciyər, ağciyər, immun sistemi və s. bioloji yaşını təyin edən zülal imzaları hazırlayıblar. Bu zülalların səviyyəsi orqanların sağlamlıq vəziyyəti haqqında məlumat verir.

Məlum olub ki, bəzi insanların müəyyən orqanları xronoloji yaşlarından xeyli daha yaşlı və ya gənc ola bilər. Tədqiqatda iştirak edənlərin üçdə birində ən azı bir orqan normadan 1.5 standart sapma ilə ya daha yaşlı, ya da daha gənc kimi qeydə alınıb.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri beynin bioloji yaşının ömür uzunluğunun ən güclü göstəricisi olmasıdır. Bioloji olaraq “həddindən artıq yaşlı” beyin Alsheymer xəstəliyi riskini üç dəfə artırır. Digər tərəfdən, “həddindən artıq gənc” beyin bu riski əhəmiyyətli dərəcədə azaldır. Ümumilikdə, yaşlı beyinə sahib olan şəxslərin 15 il ərzində ölüm riski 182 faiz daha yüksək olub. Vyss-Coray bildirir ki, bu üsul gələcəkdə müxtəlif xəstəliklərin proqnozlaşdırılması və qarşısının alınması üçün istifadə oluna bilər. Həddindən artıq yaşlanmış orqanlara erkən müdaxilə edilməklə xəstəliklər başlamadan qarşısı alına bilər. Bu yanaşma, tibbin gələcəyində “xəstəlikdən sonrakı müalicə”dən “xəstəlikdən əvvəlki profilaktika”ya keçidi mümkün edə bilər. Hazırda bu analiz yalnız tədqiqat məqsədləri üçün istifadə olunur. Lakin alimin sözlərinə görə, bu texnologiya yaxın 2-3 il ərzində kommersiya məqsədilə də əlçatan ola bilər. Vyss-Coray, həmçinin “Teal Omics” və “Vero Bioscience” şirkətlərinin həmtəsisçisidir və bu texnologiyanın kommersiyalaşdırılması planları üzərində işləyir.

Tədqiqat ABŞ Milli Sağlamlıq İnstitutları, Süd Yolu Fondu və Stanford Alzheimer Xəstəlikləri Araşdırma Mərkəzi tərəfindən maliyyələşdirilib.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi