AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni zəka virusları bəzi hallarda Microsoft Defender-dən yan keçə bilirlər

14.07.2025 / Maraqlı məlumatlar

Kibertəhlükəsizlik sahəsində çalışan tədqiqatçılar, Microsoft Defender antivirus müdafiəsini təxminən 8% hallarda keçə bilən süni zəka modelini nümayiş etdirmək niyyətində olduqlarını bildiriblər. Bu nümayiş 2 avqustda başlayacaq Black Hat USA 2025konfransında keçiriləcək. Güclü generativ süni zəkanın meydana çıxması ilə ekspertlər getdikcə daha çox xəbərdarlıq edirlər ki, bu texnologiya kibertəhlükəsizlik sahəsinin əsaslarını sarsıda bilər, baxmayaraq ki, hələlik bu sahədə tam bir inqilab baş verməyib. Bununla belə, buna əyani misal kimi Microsoft Defender-in müdafiəsini uğurla keçə bilən zərərli proqram təminatını hazırlayan süni zəkanı göstərmək olar.
Bu model Niderlandın Outflank adlı şirkəti tərəfindən yaradılıb. Məqsədə çatmaq üçün mütəxəssislər 3 ay vaxt və 1500$ xərcləyərək açıq mənbəli Alibaba Qwen 2.5 süni zəka modelini Microsoft Defender müdafiə sistemini aşma üsulları üzrə əlavə şəkildə təlimləndiriblər. Layihə ucuz başa gəlməyib, lakin bu, oxşar vasitələr əldə etmək istəyən kibercinayətkarlar üçün olduqca əlçatan qiymət sayılır. Təlim nəticəsində əldə edilən törəmə süni zəka modeli Microsoft Defender for Endpoint müdafiəsini təxminən 8% hallarda aşmağı bacarıb.
     
Müqayisə üçün qeyd edək ki, əlavə təlim olmadan istifadə edilən Anthropic və DeepSeek modelləri bu tapşırıqda müvafiq olaraq cəmi 1% və 0.5% uğur əldə ediblər. Bu nəticələr göstərir ki, zaman keçdikcə bu cür modellərin təkmilləşdirilməsi mümkündür. Qrafik prosessor dəstinə malik olan bir haker bu məsələyə daha çox vaxt və vəsait sərf edərək daha güclü nəticələr əldə edə bilər. Outflank layihəsi, süni zəka ilə bağlı kibertəhlükəsizlik üzrə ekspertlərin daha əvvəl səsləndirdikləri narahatlıqları bir daha təsdiqləyir.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi